Sabiq prezident Petro Poroşenkonun Ukraynaya qayıtdığı haqda məlumatlar yayılıb.Kanal.az xarici mediaya istinadən xəbər verir ki, eks-prezidentin olduğu təyyarə artıq Varşavadan Kiyev istiqamətində yön alıb.
Poroşenko 2014-15-ci illərdə Donbassdan kömür tədarükü ilə bağlı vətənə xəyanət işi üzrə məhkəməyə gedir.
Xatırladaq ki, Ukraynanın 5-ci Prezidenti Petro Poroşenkonun bütün əmlakına və bank hesablarına həbs qoyulub. O, 2014-2019-cu illərdə Ukraynaya rəhbərlik edib.