Kiyevə qayıdan Poroşenkoya böyük şok – Məhkəmə qərar verdi

18-01-2022, 13:01   

61e66394cc4fd_porosenko_legv_etdi_-_hikmet_zeynalli


Bir müddətdir xaricdə olan və “vətənə xəyanət” və “terrorçulara yardım” ittihamı ilə barəsində qiyabi həbs qərarı olan Ukraynanın keçmiş prezidenti Petro Poroşenko dünən Kiyevə qayıdıb.
Kanal.az xəbər verir ki, ölkəyə qayıtdıqdan sonra məhkəməyə çıxarılan Poroşenkodan prokurorluq 35 milyon dollar girov tələb edib.
Peçerska Məhkəməsi Poroşenkonun 35 milyon dollar girovla Kiyevi tərk etməməsi, pasportunu təhvil verməsi, elektron qandal taxması, ilk tələblə məhkəmə və istintaqa gəlməsi barədə qərar verib.
Poroşenko barəsində həbs-qətimkan tədbiri seçən və məhkəmə prosesini aparan Peçerska Məhkəməsi Poroşenkonun Donbas bölgəsindəki separatçılarla əlaqələrinin olduğunu və onlara maliyyə dəstəyi verdiyini iddia edib.
Ukrayna Dövlət İstintaq Xidməti isə bildirib ki, Poroşenko onun haqqında həbs qərarı hazırlandığını bildiyi üçün xaricə qaçıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.