Çinə məxsus 39 döyüş təyyarəsi Tayvanın öz ərazisi kimi qəbul etdiyi bölgəyə daxil olub.Kanal.az xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Cənubi Çin dənizinə daxil olan qırıcılar bir müddət burada uçuşlar həyata keçiriblər. Hadisədən dərhal sonra Tayvan ordusu rabitə vasitələri ilə pilotlara xəbərdarlıq edib. Çin təyyarələrinin fəaliyyətlərini izləmək üçün Tayvan da döyüş təyyarələrini havaya qaldırıb. Hava hücumundan müdafiə sistemləri aktiv vəziyyətə gətirilib.
Qeyd edək ki, bu Çinin son 4 ayda ən böyük müdaxiləsidir. Sonuncu dəfə oktyabr ayında Çin 52 təyyarə ilə oxşar müdaxilə etmişdi.