Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan ordusu günü ilə bağlı tədbirdə iştirak etmək istəməyib və bununla bağlı koronavirusa yoluxduğunu elan edib. Bu barədə “Hraparak” qəzeti yazır.Nəşrin yazdığına görə, Paşinyanın koronavirusa yoluxması faktı dünəndən siyasi dairələrdə fəal müzakirə olunur, çoxları buna şübhə ilə yanaşır.
“Xəstəliyin asimptomatik olduğu bildirilir. Əgər belədirsə, Paşinyanı testdən keçməyə nə məcbur edib? Soruşurlar ki, baş nazirdə infeksiya simptomları yox idisə həkimə niyə müraciət edib?”, - nəşr yazır.
Qəzetin qeyd etdiyi kimi, ən çox ehtimal olunan versiyalardan birinə görə, baş nazirin bu addımı 28 yanvara planlaşdırılan Ordu Günü ilə bağlı tədbirlərlə bağlıdır. Həmin gün 44 günlük müharibənin iştirakçılarının iştirak edəcəyi tədbirin keçirilməsi planlaşdırılır.
Şayiələrə görə, təşkilatçılar təsirli emosional tamaşa hazırlamaq istəyiblər, lakin müharibə veteranlarının özləri bundan imtina ediblər. Paşinyan isə, öz növbəsində, tədbirdə, “şou”suz iştirak etmək istəməyib.
virtualaz.org