Moskvadan şərq istiqamətinə dörd saat avtomobillə getsəniz, bir foto çəkdirmək istədiyiniz qədər mənzərəli bir yerə çatacaqsınız.
Qədim Rusiyanın Vladimir şəhəri qübbəsi soğanabənzər kilsələr və çoxəsrlik ağ daş binalarla zəngindir.
Şəhər qar örtüyü altında daha sehrli görünür: bir rus qış möcüzəsi.
Şəhərin əsasını orta əsrlərdə bir rus - Kiyevin böyük şahzadəsi qoyub.
Xatırladaq ki, bütün mövcud parçalanma və fikir ayrılıqlarına baxmayaraq, Rusiya və Ukraynanın ortaq kökləri var.
Təmtəraqlı, parlaq rəngli taxta evlərin düzüldüyü zolaqda yerli sakinlər qar kürəkləri ilə səkiləri təmizləyir. Bu, mənə insanlarla Ukrayna ilə gərginlik haqqında nə düşündükləri barədə danışmağa fürsət yaradır.
Andrey mənə deyir: "Anam Ukraynada anadan olub və mən SSRİ qoşunlarında hərbi xidmətimi orada keçirmişəm. Rusiya və Ukrayna qardaş xalqlardır".
Qardaş xalqlar. Lakin Moskva ilə böyük qardaş kimi?
"Rusiyanın təsir dairəsi olmalıdır, - Andrey davam edir, - O, hərbi qüdrətinə görə super gücdür. Kiçik ölkələr kiminlə müttəfiq olacağını seçə bilər. Ancaq onlara qərar verməyə kömək edən böyük ölkələrdir".
Bir çox rus rəsmi mesajlara inanır: dövlət mediasında yayımlanan davamlı iddialar Amerika, NATO və Ukraynanı soyuq müharibəni qızışdırmağa çalışmaqda ittiham edir.
Lakin Vladimirin mərkəzi bazarında insanların diqqət mərkəzində olan daxili cəbhədəki problemlər - iqtisadi problemlərdir.
Təqaüdçü Lidiya İvanovna mənə deyir: "Ukraynadakı vəziyyət narahatedicidir, lakin Rusiya iqtisadiyyatı da narahatlıq doğurur".
O, bağının məhsullarını -kartof, yerkökü, eləcə də toyuqlarının yumurtasını sataraq öz cüzi təqaüdünü artırmağa çalışır.
İqtisadi çətinliklərdən tutmuş koronavirus pandemiyasına qədər rusların hazırda bütün narahatlıqlarına baxmayaraq, mən burada ictimaiyyət arasında Qərblə müharibə bir yana, Ukraynada da hərbi eskalasiya üçün iştahın olduğunu hiss etmirəm.
Ancaq bu o demək deyil ki, ruslar belə bir müharibənin başlaya biləcəyinə inanmırlar. Bir çoxu inanır.
Gənc cütlük Aytən və Viktor kiçik mənzillərində çay içərək böhranla bağlı fikirlərini bölüşürlər.
"Mən Qərbdən, NATO-dan, nə də başqalarından heç bir nifrət hiss etmirəm,"- Aytən mənə deyir:
"Düşünürəm ki, bu, süni şəkildə uydurulub. Rusiya hökuməti bu xətti sıxışdırır. Onlar bizim nifrət etməyimizi istəyirlər. Düşmənimizin olduğunu təsəvvür etməyimizi istəyirlər. Düşmən də olmalıdır, əks halda insanlar diqqətini özlərindəki problemlərə yönəldəcək və narazılığa başlayacaqlar. Hökumətin isə istədiyi bu deyil".
Mən Aytənə əks arqument gətirərək söyləyirəm ki, axı siz Rusiyada hərdən böyük dövlət kimi onun başqa ölkələrə diktə etməyi bacarmalı, Avropanın da qulaq asmalı olması kimi fikirlər eşidirsiniz.
"Mən həqiqətən düşünmürəm ki, 2022-ci ildə hədələyici siyasət bir alət olmalıdır," - o deyir. "Onları məhv etməklə hədələdiyiniz üçün insanların sizə hörmət etməli olduğunu düşünmək.. Yəqin ki, burada xətti dəyişdirməliyik, çünki biz orta əsrlərdə deyilik".
Beləliklə, Rusiya gərginliyi azaldacaqmı? Kompromis və ya münaqişə olacaqmı? Bu, digər Vladimirdən asılı olacaq. Rusiyanın hazırkı liderindən. Yenidən Moskvada.