Dövlət Yol Polisi keçmiş Baş qərargah rəisi Nəcməddin Sadıkovun törətdiyi yol qəzası barədə məlumat yayıb. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, “
Toyota Land Cruiser “ markalı, 90 AS 020 seriyalı avtomobili idarə edən vətəndaş Sadıkov Nəcməddin Hüseyn oğlu tərəfindən törədilən yol-nəqliyyat hadisəsinə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən protokol tərtib olunub. Yol nəqliyyat hadisəsi sənədləşdirilib, qarşı tərəfə dəyən ziyan ödənilib.
***Azərbaycan Silahlı Qüvvələrinin sabiq Qərargah rəisi, son günlər 1-ci Qarabağ müharibəsi dövründə və atəşkəs dövründə törətdiyi əməllərə görə adı yenidən gündəmə gələn ehtiyatda olan general-polkovnik Nəcməddin Sadıqov Bakıda qəza törədib. Bakupost.az xəbər verir ki, hadisə dünən Mikayıl Müşfiq küçəsi, 10-da baş verib.Belə ki, “Land Cruiser” markalı, 90 AS 020 nömrəli avtomobili idarə edən N. Sadıqov qarşıdakı “Toyota Prius” markalı maşını vurub. Həmin avtomobil də qabağındakı digər maşına çırpılıb. Hadisə yerinə Dövlət Yol Polis İdarəsinin əməkdaşları gəlib.
N.Sadıqov sonradan hadisə yerinə öz köməkçisini çağırıb. Şahidlərin sözlərinə görə, o, maşından 10 min dollar pul götürərək köməkçisinə uzadıb və dəyən ziyanın ödənilməsi ilə bağlı tapşırıq verib.
Hələlik bu avtoqəza ilə bağlı DYP məlumat yaymayıb.