Müdafiə Nazirliyinin idarə rəisi saxlanılıb. Bu barədə "Qafqazinfo" və bəzi digər yerli KİV-lər Hərbi Prokurorluğa istinadən məlumat yayıb. Qeyd olunur ki, nazirliyin Satınalmalar və Təchizat İdarəsinin rəisi polkovnik Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb.
İdarə rəisi M.Qurbanov dövlətə 3,5 milyon manat maddi ziyan vurmaqda ittiham edilir.
Bununla bağlı Respublika Hərbi Prokurorluğunda cinayət işi başlanılıb və Qurbanov məsuliyyətə cəlb edilib. Onun barəsində tezliklə həbs qətimkan tədbirinin seçiləcəyi bildirilir.