Ağ Ev açıqladı: ABŞ Ukraynaya əsgər göndərəcəkmi?

24-02-2022, 12:00   


Rusiya-Ukrayna savaşının başlamasının ardından diqqətlər ABŞ-a yönəlib.
Musavat.com xəbər verir ki, ABŞ-ın Ukraynaya əsgər göndərib-göndərməyəcəyi nəticəyə təsir edəcək məqamlardan biri hesab olunur. 
Ağ Evin mətbuat katibi Cen Psaki açıqlama verərək Amerikanın Ukraynaya əsgər göndərməyəcəyini, yalnız humanitar və güvənlik yardımları ediləcəyini bildirib. 
"ABŞ Ukraynaya humanitar və təhlükəsizlik yardımları göstərəcək. Ruslara cavab olaraq şərqi Avropadakı müttəfiqlərimizin müdafiəsini gücləndirməyə davam edirik. Ukraynaya savaşmaq üçün ordu göndərmirik. Bu barədəqərarımız dəyişməyib", - Psaki qeyd edib.
 
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.