Kiyevdə SON DURUM-"10 min nəfərə silah paylanıb"

25-02-2022, 11:34   



Kiyevdə SON DURUM-
“Gecəyarısı rus ordusu paytaxt Kiyevi 5-6 dəfə raket atəşinə tutdu. Məlumatlar var ki, Kiyevə yaxın yerlərə desantlar tökülüb. Atılan raketlərdən biri yaşayış binasına düşüb, yaralılar var, ölənlərin də olduğu ehtimal edilir. Amma hazırda paytaxtda sakitlikdir. Camaat metrostansiyalarda, zirzəmilərdə gizlənir, evlərindən çıxmamağa çalışırlar. Şəhərdə əvvəlki günlərlə müqayisədə adamlar həddindən artıq azdır. İctimai nəqliyyat işləyir. Ərzaq mağazaları çalışır. Saat 22.00-dan 08.00-dək komendant saatı tətbiq olunub”.
Bunları Ukrayna paytaxtında yaşayan soydaşlarımızdan biri Əli Quliyev Musavat.com-a açıqlamasında bildirdi. Qeyd etdi ki, ötən gecə həm cənub tərəfdən, Krımdan, həm Belarusla sərhəddən Ukrayna şəhərləri atəşə məruz qalıb: “Ruslar Sumi vilayətinə və Kanatop şəhərinə giriblər. Artıq Xersonun bir hissəsi nəzarət altına alandan sonra Rusiya Krımı su ilə təchiz etdi. Amma Ukrayna geri çəkilmək niyyətində deyil. Ötən gün Ukrayna ordusu Kiyev yaxınlığındakı aeroportdan desantları vurub çıxardı”.
Həmsöhbətimiz dedi ki, Donetsk və Luqansk Rusiya üçün bəhanədir, Rusiya Ukrayna hakimiyyətini dəyişmək istəyir və ukraynalılar bunu çox yaxşı bilir. Dünyanın Ukraynanı tək qoymasına gəldikdə, bildirdi ki, bu, təəccüb doğurmur: “Dünya ölkələri anlayır ki, bütün bu cinayətləri edən ölkə nüvə silahından da istifadə edər, ona görə ehtiyatlanır”.
Soydaşımızın sözlərinə görə, hələlik Ukraynadakı Rusiyameyillilərin səsləri gəlmir: “Onlar ictimai rəyi bilirlər. Amma yəqn ki, Rusiyanın alternativləri var. Ukrayna ərazisində davamlı qala bilməzlər ki. Heç şübhəsiz, hakimiyyəti dəyişib, çıxıb getmək istəyəcəklər. Bunu edə bilməsələr, iflasa uğrayacaqlar”.
Ə.Quliyev dedi ki, əhali mübarizə əzmindədir. Artıq 10 minə yaxın adama silah paylanıb və proses davam edir. Ancaq gücün qeyri-bərabər olmasını hər kəs dərk edir:
“Ukraynanın 250 min ordusu var. Rusiya isə təkcə Donetsk-Luqanska 175 minlik qoşun yığıb. Rusiyada, dünyada xalq etirazları artarsa, heç olmasa mübarizə uzansa, rus ordusu üçün sonluq çox ağır olacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.