“Ukraynanın mərkəzinə doğru irəliləyən Rusiya hərbçiləri məhv edilib”. Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar feysbukda yazıb.
***
“Düşmən (Rusiyanı nəzərdə tutur - red.) Ukrayna Hərbi Silahlı Qüvvələrinə məxsus iki avtomobili ələ keçirərək ukraynalı hərbçilərin geyimində Kiyevin mərkəzinə Oboloni istiqamətindən hərəkət edir”.“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar bildirib.
Onun sözlərinə görə, onların ardınca “düşmənin yük avtomobilləri karvanı hərəkət edir”.Ukrayna Ali Radasından bildirilib ki, Rusiya Federasiyası silahlı qüvvələrinin təxribat-kəşfiyyat qrupları Ukraynanın mövqelərinin arxa cəbhəsinə dərindən nüfuz etmək məqsədilə Ukrayna Milli Qvardiyasından ələ keçirdikləri maşınlardan istifadə edirlər: “İki “KAZAK”, üç KRAZA və bir “QAZ-66”dan istifadə edən işğalçılar Ukrayna Silahlı Qüvvələrinin hərbi geyimindədirlər. Ukrayna vətəndaşlarından ayıq-sayıq olmalarını və hər hansı bir məlumat aldıqları təqdirdə hüquq-mühafizə orqanlarına məlumat vermələrini xahiş edirik”.
***
Rusiya tankları İvankov şəhərindən Kiyevə doğru irəliləyir. APA xəbər verir ki, bu barədə Unian.net sayı məlumat yayıb.Ukrayna hərbçiləri Rusiya Ordusunun hücumunu ləngitmək üçün Demidov kəndi yaxınlığındakı körpünü partladıb.
Rusiya texnikasının hücum marşrutunu dəyişərək Kiyevin 7 kilometrliyində yerləşən Qostomel aerodromuna hərəkət etdiyi əlavə olunub.Hazırda Kiyevdə hava həyəcanın elan olduğu bildirilib.
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko özünün Twitter səhifəsində bildirib: “Ən ağır gün bu gün olacaq. Düşmənin planı tank kalonları ilə İvankova və Çerniqov istiqamətindən Kiyevə soxulmaqdır. Rus tankları bizim tank əleyhinə raketlərimizin-“Stuqna”, “Korsar”, müsttəfiqlərimizin verdiyi NLAW и “Javelin” raketlərinin zərbəsindən yaxşı yanırlar. Kiyevin müdafiəçiləri hazır gözləyir”.
Ukrayna silahlı qüvvələrinin Baş qərargahı isə bildirir ki, hazırda Dimer və İvankov yaşayış məntəqələri ətrafında döyüşlər gedir. Bu istiqamətlərdə Rusiyanın böyük sayda zirehli texnikası irəliləyib.Ukraynadakı hərbi əməliyyatların ikinci günü Rusiyanın daha bir hərbi təyyarəsi vurulub.
Bu məlumatı isə Ukraynanın Daxili İşlər Nazirliyi yayıb.
Qeyd olunub ki, Rusiya fevralın 25-də səhər saatlarında Ukrayna ərazisini yenə bombalayıb. Məlumata görə, Ukraynanın paytaxtı Kiyevdə yaşayış yerlərinə yaxın ərazidə Rusiyanın hərbi təyyarəsi vurulub. Nazirlik bildirib ki, təyyarə yaşayış yerlərinə düşərək binalara zərər vurub.
Xatırladaq ki, fevralın 24-də Ukrayna səmasında Rusiyanın 7 qırıcı təyyarəsinin vurulduğuna dair məlumat yayılmışdı.
Kiyev yaxınlığında Rusiyaya məxsus vurulan təyyarəninin fotoları:***
Qeyd edək ki, yerli vaxtla gecə saat 4.22-də Kiyevdə bir neçə güclü partlayış səsləri eşdilib. Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib ki, Rusiya paytaxta qanadlı və ballistik raketlərlə zərbələr endirir. Kiyevin Troeşina rayonunda 6 partlayış qeydə alınıb, şəhərin digər rayonlarına da zərbələr endirilir, hədəfin hansı obyektlər olduğu hələ bəlli deyil.Habelə ötən gün axşam saatlarında Rusiya qüvvələri Sum vilayətinin Konotop şəhərini mühasirəyə alıblar və Kiyevə doğru hərəkətə başlayıblar. Sum vilayət administrasiyasının rəhbəri Dmitri Jivitski bildirib ki, olduqca çox sayda Rusiya hərbi texnikası Sum şəhərindən keçərək qərb istiqamətində irəliləyir. Konotop şəhəri mühasirəyə alınıb, Axtırka şəhəri azsaylı qüvvələrlə iki dəfə düşmənin hücumunu dəf edib. “Əli silah tutan hər kəsə müraciət edirəm, düşməni doğma torpağımızda qarşılayın”, - vilayət rəhbəri bildirib.
Ukrayna quru qoşunlarının Komandanlığının dünən gecə yaydığı bəyanatda bildirilir ki, Rusiya sərhədə cəmləşdirdiyi 90 batalyon-taktiki qruplaşmasının 60-dan çoxunu Ukrayna ərazisinə yeridib. O cümlədən Belarus istiqamətindən batalyonlar daxil olub. Bəyanata görə Rusiyanın məkrli planının əsas hədəfi Kiyevi mühasirəyə almaq, Krıma və Dnestryanı bölgəyə quru dəhlizi açmaqdır.