Xarkov şəhəri bombalanır. Musavat.com-un xəbərinə görə, bu barədə APA-nın Kiyevdəki müxbirinə Xarkovda yaşayan azərbaycanlılar məlumat verib. Şəhərə atılan mərmilərdən biri metrostansiyanın yaxınlığına düşüb. Şəhər administrasiyası təcili şəkildə sakinləri sığınacaqlara yerləşməyə çağırıb. Dinc sakinlər arasında itki barədə məlumat yoxdur.