Ukrayna danışıqlara başladığını elan etdi RUSİYA İSƏ MƏLUMATI TƏKZİB ETDİ, YENİLƏNİB

27-02-2022, 20:31   



Ukrayna prezidentinin Konstitusiya Məhkəməsindəki nümayəndəsi Fedor Venislavski Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların başlandığını elan edib. Lakin Rusiya Xarici İşlər Nazirliyi bu məlumatı təkzib edib.
***
18:19
Belarus prezidenti Aleksandr Lukaşenko və Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna nümayəndələrin Rusiya deleqasiyası ilə sərhəddə, Pripyat çayı yaxınlığında görüşməsi barədə razılığa gəliblər. Bu barədə Zelenskinin Ofisinin məlumatında deyilir.
Qeyd olunur ki, Lukaşenko səfər, danışıqlar və Ukrayna nümayəndə heyətinin geri qayıtması zamanı Belarus ərazisində yerləşdirilən bütün təyyarələr, helikopterlər və raketlərin yerdə qalmasına görə məsuliyyəti öz üzərinə götürüb.
***
16:56
“Ukrayna Belarusun Qomel vilayətində danışıqlar aparmağa razılaşıb. Rusiya nümayəndə heyəti ora yollanıb”. Bunu Rusiya prezidentinin köməkçisi Vladimir Medinski deyib.
Onun sözlərinə görə, nümayəndə heyəti getməyə hazırlaşırdı, lakin Ukrayna tərəfi gözlənilmədən danışıqlarda iştirakında təsdiqləyib.
O, danışıqların Qomel vilayətində aparılacağını dəqiqləşdirib.
“Hazırda marşrut hazırlanır və Ukrayna tərəfi üçün Qomel vilayətində ən optimal ərazi seçilir. Ukrayna nümayəndə heyəti maksimum təhlükəsizliklə təmin olunacaq”, - Medinski əlavə edib.
Belarusun Milli Mətbuat Mərkəzindən öz növbəsində bildirilib ki, Ukrayna nümayəndə heyətini Qomelə danışıqlara gedir.
virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.