Rusiya prezidenti Vladimir Putin Rusiya ordusuna nüvə qüvvələrini "xüsusi hazırlıq" vəziyyətinə gətirməyi əmr edib.
Bu, Rusiyanın Strateji Raket Qüvvələri üçün işə düşməyə ən yüksək hazırlıq səviyyəsidir.
Müdafiə naziri Sergey Şoyqu da daxil olmaqla yüksək səviyyəli hərbi rəsmilərlə danışan Putin Qərb dövlətlərinin Rusiyaya qarşı "qeyri-dost hərəkətlər" və "qanunsuz sanksiyalar" tətbiq etdiklərini bildirib.
BBC-nin təhlükəsizlik üzrə müxbiri Gordon Corera-ya görə, Rusiya dünyada ən böyük nüvə silahı ehtiyatına malikdir, lakin NATO-nun da Rusiyanı məhv etmək üçün kifayət qədər silahı var.
Çox güman ki, məqsəd NATO-nun Ukraynaya dəstək verməsini əngəlləməkdir, Gordon Carrera deyir. Həmçinin Putin çox güman ki, nə qədər uzağa gedə biləcəyi barədə qorxu yaratmağa çalışır, müxbirimiz deyir.
bbc.com