Rusiya Zelenskini öldürmək üçün Kiyevə 400 muzdlu göndərib - Şok iddia

28-02-2022, 09:59   



Kremlin maliyyələşdirdiyi 400-dən çox rusiyalı muzdlu Kiyevdə fəaliyyət göstərir.
Bu barədə “The Times” yazıb.
Məlumata görə, həmin muzdlulara prezident Volodimir Zelenskiyə, Nazirlər Kabinetinin üzvlərinə sui-qəsd etmək və şəhəri Moskvanın nəzarəti altına almaq üçün zəmin hazırlamaq tapşırılıb.
“Prezident Putinin ən yaxın adamlarından birinin idarə etdiyi “Vaqner” Qrupu beş həftə əvvəl Afrikadan muzdlu əsgərləri böyük maliyyə mükafatı müqabilində Zelenski hökumətinin “başını kəsmək” missiyasının icrası üçün Ukraynaya göndərmişdi”,-deyə “The Times” yazıb.
“Vaqner”in missiyası haqqında məlumat şənbə günü səhər Ukrayna hökumətinin masasına düşüb və bir neçə saat sonra Kiyev şəhəri rus diversantlarından təmizləmək üçün 36 saatlıq komendant saatı elan edib. Mer Kliçko mülki şəxslərə xəbərdarlıq edib ki, küçəyə çıxanlar təxribatçı hesab olunacaqlar və öldürülmək riski var.
Xatırladaq ki, fevralın 24-də Rusiya Federasiyası müstəqil Ukraynaya soxularaq, müharibə başlayıb. İşğalçılar təkcə hərbi hissələri, hava limanlarını tutmur, həm də mülki əhaliyə və şəhərlərin hündürmərtəbəli binalarına atəş açırlar.
“Vaqner” qrupu ilk dəfə 2014-cü ildə ortaya çıxıb - onlar Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılara yardım edib. Ondan sonra isə bu muzdlu dəstə  Suriya, Mozambik, Sudan və Mərkəzi Afrika Respublikasında vuruşub.
Azərbaycan əsilli, rusiyalı jurnalist Orxan Camal və həmkarları 2018-ci ildə Mərkəzi Afrika Respublikasında “Vaqner” muzdluları barədə sənədli film çəkərkən öldürülüb./Modern.az/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.