Dollar Rusiyada tarixi maksimuma qalxdı

28-02-2022, 10:57   




10:10
Rusiyada dollar və avronun alış-satışı fantastik dərəcədə bahalaşıb.
Axar.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı dolların kursunu 85 rubl, avronun kursunu isə 95 rubl civarında saxlasa da, bir çox banklar dollar və avronun satışını bahalaşdırıblar.
Belə ki, “Tinkoff” bankında bir dollar 170 rubla, bir avro isə 182 rubla satılır.
“Rayffayzenbank”da bir dollar 150, avro isə isə 169 rubla təklif olunur.
“Promsvyazbank” əhalidən ABŞ valyutasını 72,94 rubla alır və 132,94 rubla satır, avronu isə müvafiq olaraq 83,38 rubla alır, 143,38 rubla satır.
Qeyd edək ki, Moskva birjası hələ açılmayıb. Birjalar açılandan sonra dolların rəsmi kursu müəyyən ediləcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar