Mixeyev sirləri açıqladı: Ukrayna gücümüzü görəcək – Şok

28-02-2022, 17:06   




Bir çoxları Rusiya ordusunun Ukrayna ərazisində başlatdığı xüsusi əməliyyatın nə qadər davam edəcəyi barədə absurd fikirlər səsləndirir. Bəziləri deyir ki, Moskva bu əməliyyatı qısa zamanda tamamlaya bilmədi və guya bu da rus ordusunun zəifliyindən xəbər verir. Bilməyənlər üçün bəzi maraqlı faktları açıqlayası olacam.
Axar.az xəbər verir ki, bu barədə tanınmış rusiyalı politoloq, Həqiqət Naminə Partiyasının Siyasi Şurasının üzvü Sergey Mixeyev “Rossiya” telekanalının canlı efirində bildirib.
“Ukrayna əməliyyatını Rusiyanın Cənubi Osetiyadakı “işi” ilə eyniləşdirmək düzgün deyil. Osetiya əməliyyatı belə beş gün çəkmişdir. Siz anlaya bilirsiz ki, bu əməliyyatların miqyasları müqayisəolunmazdır. Hərbi tapşırıqlar və miqyas tam fərqlidir”, - deyə rusiyalı politoloq bildirib.
Onun sözlərinə əsasən, ABŞ-ın İraqdakı “ildırımsürətli” adlandırdıqları əməliyyat belə aktiv fazada iki həftədən çox vaxt aparıb.
“Kremlin “Ukrayna əməliyyatı” qrifi altında olan planını çox az adam görüb. İndi əsas məsələ bu planı sona çatdırmaqdır. Yarı yolda dayanmaq olmaz. Danışıqlar və digər bu tip şeylərə getməmək lazımdır. Ay ona orda qol çəkək, ay bunu burda müzakirə edək... Bu bizə lazım deyil. Kremlin əsas məqsədi dinc Ukrayna əhalisinə zərər verməməkdir. Amma bizə müqavimət göstərənlər planın ikinci fazasında əsl hərbi gücümüzü görəcək. Düşmənimiz göz önündədir və o məhv olacaq”, - deyə Mixeyev qeyd edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.