Putin nüvə düyməsinə basarsa... - "Rusiya özünü və planeti məhv edəcək"

28-02-2022, 19:42   


621c8f216f504_1549897


Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin çəkindirmə qüvvələrinin xüsusi döyüş növbətçiliyi rejiminə keçməsi ilə bağlı əmr verib. Maraqlıdır, belə bir gərgin situasiyada Rusiyanın bu açıqlaması nəyə hesablanıb? Rusiya prezidenti bununla gözdağı verir, ya nüvə təhlükəsi realdır?
Mövzu ilə bağlı danışan politoloq Natiq Miri Putinin bu qərarı mövqelərini gücləndirmək üçün verdiyini deyib: 
“Nüvə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı Vladimir Puitinin veridiyi qərarın zamanına diqqət yetirmək lazımdır. Bu göstəriş məhz Ukrayna ilə danışıqlara başlama ərəfəsində verildi. Hiss olunur ki, bunun hədəfi ilk növbədə Ukraynadır. Çünki Rusiya masa arxasında öz mövqelərini gücləndirmək üçün belə bir qərarın verilməsinə gərək duydu. Əgər bu günə qədər Rusiya müharibə ilə bağlı Ukrayna və müttəfiqlərini qorxudurdusa, artıq bu qorxu aşılmış mərhələdədir. Rusiyanın bundan sonra hansısa gücü tətbiq etməklə Ukraynanı qorxuda bilməsi mümkün deyil. Ona görə də nüvə məsələsi Ukraynaya təzyiq mexanizmi kimi ortaya qoyuldu”. 
Ekspert nüvə məsələsinin aktuallaşmasının Qərb dünyasına təsir üçün qabardıldığını da qeyd edib:
“NATO və Avropa Birliyi ölkələri müharibədə Ukraynanın ciddi uğurlarını gördükdən sonra artıq Ukraynaya inanmağa başlayıblar ki, bu da Ukraynaya maliyyə və hərbi cəhətdən yardımların daxil olması ilə nəticələnib. Artıq AB ən müasir qırıcı təyyarələrdən tutmuş raket sistemlərinə qədər Ukraynaya yardım edəcəyini birmənalı olaraq açıqlayıb. Bu isə AB tarixində bir ilkdir. Ona görə də Putinin nüvə ilə bağlı bu qərarı həm də Qərb dünyasına təsir mexanizmi kimi ortaya qoyulub. Lakin AB rəhbərliyinin açıqlamalarına baxanda görünür ki, Rusiya daha təhlükəli qüvvə kimi görünmür. Nüvə təhlükəsi isə potensial olaraq mövcuddur, yəni bu silahlar realdır. Əgər Rusiya Ukraynaya nüvə başlıqlı silah göndərərsə, bu, Putin üçün faciəli olacaq”. / Gundem.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.