ABŞ Prezidenti Co Bayden bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə müharibəsi Rusiyanı daha zəif, dünyanın qalan hissəsini isə daha güclü edəcək.Kanal.az xəbər verir ki, Baydenin xalqa müraciətindən bir parça "Twitter"-də yerləşdirilib.
Bayden həmçinin Rusiyaya qarşı sanksiyalara toxunaraq deyib ki, Putin onu nə gözlədiyini bilmir.
Xatırladaq ki, Bayden rus işğalçılarına qarşı mübarizədə Ukrayna xalqını dəstəklədiyini bildirib və bütün dünyanın ukraynalıların cəsarətini və qətiyyətini bəyəndiyini bildirib.
Onun sözlərinə görə, Putin dünyanın onun tələblərinə əyiləcəyini düşünürdü: "Putin sivil dünyanın təməllərini sarsıtmaq istəyirdi, lakin səhv hesablayıb", - deyə Bayden qeyd edib.