Naxçıvan şəhərində bədbəxt hadisə baş verib. Aparılan inşaat işləri əsanasında məktəb çöküb.Hadisə şahidlərinin verdiyi məlumata görə, Naxçıvan MR Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbədə aparılan inşaat işləri zamanı məktəb çöküb. Nəticədə 20-dən artıq insanın öldüyü və çoxlu sayda yaralıların olduğu bildirilir. (qazet.az)
***
Hadisə barədə Manset.az-a açıqlama verən Naxçıvan MR Daxili İşlər Nazirliyinin sözçüsü bütün rəhbər heyətin hadisə yerində olduğunu bildirib.
"Babək rayonu ərazisində yeni məktəb tikintisi zamanı bina çöküb. Bir nəfər ölüb, bir neçə yaralı var, onlar xəstəxanaya yerləşdirilib. Vəziyyətləri pis deyil. Naxçıvan MR Daxili İşlər naziri və digər rəhbər heyətlər hadisə yerindədir."