ABŞ UKRAYNAYA HANSI SİLAHLARI GÖNDƏRƏCƏK? – "Patriot" HHM-lər, "F-16" qırıcıları, tanklar...

29-04-2022, 13:53   




Dünən gecə ABŞ Konqresinin Nümayəndələr Palatası 81 ildən sonra ilk dəfə "Lend-Liz" qanunu qəbul etdi. 417 deputat lehinə, 10 nəfər əleyhinə olmaqla qəbul edilən layihə ABŞ-ın Ukraynaya bürokratik əngəllər olmadan hərbi, iqtisadi, humanitar yardımların verilməsini ehtiva edir.
Qanunu Prezident Co Baydenin imzalayacağı gözlənilir. Ekspertlər bildirirlər ki, "Lend-Liz" qanunu qüvvəyə mindikdən sonra Ukrayna ABŞ-dan 20 mlrd. dollarlıq hərbi yardım ala bilər. Bu yardım paketinə aşağıdakı hərbi texnika və aviasiya vasitələri, HHM sistemləri daxildir:
- 3-cü nəsil "M1A2 Abrams" tankları;
- "M2A3 Bradley" piyadaların döyüş maşınları;
- "M109A6 Paladin" özüyeriyən artelleriya qurğuları;
- "HIMARS" təkərli şassi üzərində reaktiv yaylım atəş sistemləri;
- "MLRS M270 MLRS" universal raket-komanda qurğuları;
- "NASAMS 2" - Norveç istehsalı olan hava hücumundan müdafiə sistemi;
- "Patriot" Hava Hücumundan Müdafiə sistemləri;
- "F-16 C/D" 4-cü nəsil çoxfunksiyalı yüngül qırıcılar və s.
Xatırladaq ki, "Lend-Liz" qanunu İkinci Dünya Müharibəsi zamanı ABŞ-ın müttəfiqləri üçün də tətbiq olunub, bu da faşist Almaniyası üzərində qaləbədə mühüm rol oynayıb.
"AzPolitika.info"
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.