BDU-nun tələbələri arasında kütləvi dava olub

23-05-2022, 11:51   


Bakı Dövlət Universitetinin bir qrup tələbəsi arasında kütləvi dava olub.

Anaxeber.info qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə mayın 22-də gecə saat 03 radələrində Xaqani küçəsində yerləşən gecə klubunun qarşısında baş verib.

Universitetin 3-cü kurs tələbəsi olan Türkiyə vətəndaşları 1997-ci il təvəllüdlü Nevzet Ömer Demir, 1998-ci il təvəllüdlü Harun Yusuf Çiftçi, 1997-ci il təvəllüdlü Daner Sadiq Yılmaz və 1996-cı il təvəllüdlü Gültaş Yahya Sefer sərxoş halda dalaşıblar. Onlar dava-dalaş zamanı xuliqanlıq zəminində bir-birini döyərək xəsarətlər yetiriblər.

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.