Həbsdəki məmur korpusu: Səlim Müslümov əfv edilir?

25-05-2022, 18:01   


Həbsdəki məmur korpusu: Səlim Müslümov əfv edilir?


“Səlim Müslümov xəstədi, bəlkə də yaşının çoxluğu və xəstəliyinə görə azad edilsin”.

Bunu Cebhe.info-ya açıqlamasında bir neçə məhbusın əfvi üçün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət edən hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Novella Cəfəroğlu Əfv Məsələləri Komissiyasına təqdim etdiyi siyahıda AXCP fəalı Saleh Rüstəmlinin adının olduğunu da vurğulayıb:

“Biz 39 nəfər məhkumun siyahısını Əfv Məsələləri Komissiyasına təqdim etmişik. Bunların içərisində Saleh Rüstəmli, bloqerlər, ömürlük həbs cəzası alanlar, dini inanclılar və bütün siyası məhbuslar var. Hamısının adını yadımda saxlaya bilməmişəm. Biz bunların əfv olunmasını gözləyirik. Prezidentdən və Əfv Komissiyasından 39 nəfərin buraxılmasını xahiş eləmişik ki, siyasi məhbus məsələsi birdəfəlik qurtarsın”.

Hüquq müdafiəçisi siyahıda adları olanların bəzilərinin şəxsən müraciət etdiyini də deyib:

“Bunların içərisində bizə özləri müraciət edənlər, etməyənlər də var. Eyni zamanda, həm Prezidentə, həm də Əfv Məsələləri Komissiyasına fərdi şəkildə müraciət edən bir çox insan var”. 

Qeyd edək ki, Azərbaycanda 28 May Müstəqillik Günü ilə əlaqədar əfv sərəncamının imzalanması gözlənilir. Komissiyanın iclasları yekunlaşıb. 

Ümumilikdə iclaslarda 600-dən çox müraciətə baxılıb. Komissiyanın indiyədək keçirilən iclaslarında əsasən ailə üzvləri Vətən müharibəsi iştirakçısı və qazisi olanların, yol-nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin, hərbi qulluqçuların və digər şəxslərin müraciətlərinə baxılıb.

Günay Şahmar
Cebhe.info

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.