Gömrük qaydaları əleyhinə inzibati xətaya yol verməyə görə məhkəməlik olan şirkət aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycanın gömrük ərazisindən kənara aparılmamasında və ya bu əraziyə qaytarılmamasında ittiham olunan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC barəsində iş Nərimanov Rayon Məhkəməsinə bu gün daxil olub.
Bu barədə oxu.az-a Nərimanov Rayon Məhkəməsinin prosesə baxacaq hakimi Gültəkin Əsədova proses barədə mətbuatda yayılan qeyri-dəqiq informasiyalara münasibət bildirərkən deyib.
Hakim Gültəkin Əsədova onu da əlavə edib ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə tərtib etdiyi inzibati material 1 iyun 2022 ci il tarixdə Nərimanov Rayon Məhkəməsinə daxil olub: “İşdə olan gömrük bəyannaməsinə əsasən, malların dəyəri 5800 dollar təşkil edir. Qeyd olunan inzibati material üzrə məhkəmə iclası 13 iyun 2022-ci il tarixinə təyin edilib”.
Qeyd edək ki, yayılan məlumatlarda “Akkord” Şirkətlər Qrupunun hazırda 2 milyondan çox vergi borcu olduğu yazılır.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC növbəti dəfə məhkəməlik olub. “Qafqazinfo”nun məlumatına görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 490.2-ci maddəsinin tələblərini pozub.
Gömrük qaydaları əleyhinə inzibati xətaya yol verməyə görə məhkəməlik olan şirkət aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycanın gömrük ərazisindən kənara aparılmamasında və ya bu əraziyə qaytarılmamasında ittiham olunur. Bu maddəyə görə, inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilirlər.
Nərimanov Rayon Məhkəməsində iyunun 13-də keçiriləcək prosesə hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, bundan öncə “Akkord” İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə də məhkəməyə verilib.
Qeyd edək ki, “Akkord” Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur. Şirkətin hazırda 2 milyondan çox vergi borcu var.