Kriminal aləmdə vəziyyət yenidən gərginləşəcək.
İndi hər şey iyulun əvvəlinə planlaşdırılan “böyük sxodka”nın hansı şəraitdə keçəcəyindən asılıdır.
Cebhe.info xəbər verir ki, iyunun 4-də Türkiyənin Trabzon şəhərində “sxodka”da vəziyyət gərgin olub. Kriminal aləmdə Avto Samtredski kimi tanınan 45 yaşlı “qanuni oğru” Avtandil Tuquşi qaydalara uyğun olaraq həmkarlarına qaşrı iradlarını bildirib. Varlam Kuxianidze (Vatia) və Mindia Qoradze (Lavasoğlu) barələrində səsləndirilən iradlara cavab olaraq vəkil edilmiş şəxsləri vasitəsilə iyulun əvvəlinə planlaşdırılan “sxodka”da iştirak edəcəklərinə söz veriblər.
“Sxodka”nın keçirildiyi yerə baxanda heç kimə sirr deyil ki, Avto şəxsən Tariel Onianinin tam dəstəyini alıb. Məhz onun köməyi ilə Lavasoğlu və Vatia ilə məsləyə son qoymağı gözləyir.
Xatırladaq ki, martın 5-də Polşada daha üç “oğru”nun iştirakı ilə Avto Samtredski əvvəlcə Vatia, sonra isə Lavasoğlu tərəfindən döyülüb. Ardınca da onun artıq “oğru” olmadığını bəyan edilib. Tuquşi dilinin bəlasına düşüb, ondan fərqli olaraq digər “oğru”lar özlərini elə aparıblar ki, mübahisə üçün bəhanə verməsinlər.
Məlumata görə, Avtonun çökdürülməsi kortəbii olmayıb, Lavasoğlu və Vatianın arxasında üçüncü bir əl dayanıb. Hər iki “oğru” məhz həmin şəxsin tapşırıqlarını yerinə yetirib, başqa sözlə, plan əvvəlcədən hazırlanıb.
Avtonun problemləri bununla bitməyib. Bir həftə sonra isə ona qarşı uğursuz sui-qəsd edilib.
İndi isə açıq görünür ki, planlar təkcə Avtoya qarşı yönəlməyib. Həm də onun himayəçisi olan Tariel Onianiyə qarşı da hazırlanıb.
İndi kriminal aləm iyulun əvvəlini səbirsizliklə gözləyir. Kürəyini Tariel Onianiyə dayayan Avto onu nəinki döyənlərlə, hətta öldürməyə cəhd edənlərlə birbaşa haqq-hesaba cəsarət edəcəkmi? Hər şey iyuldakı “sxodka”da məlum olacaq.
Xəzər
Cebhe.info