Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Dünən məzun oldu, bu gün isə vəfat etdi - Azərbaycandakı faciənin TƏFƏRRÜATI

15-06-2022, 17:20   


Ötən gün məktəbi bitirən məzun çayda boğularaq ölüb.

Anaxeber.info Report-a istinadən xəbər verir ki, hadisə Lənkəranın Osaküçə kəndi ərazisindəki istirahət mərkəzlərinin birində baş verib.

Belə ki, Masallı rayon Mollaoba kənd sakini olan 2004-cü il təvəllüdlü Məhəmmədəli Əzizli Yasin oğlu ehtiyatsızlıqdan çaya düşüb. Ətrafındakılar onu xilas edə bilməyiblər. Kənd sakinləri M.Əzizlinin cansız bədənini sudan çıxarıblar.

Qeyd edək ki, bədbəxt hadisə Mollaoba kənd tam orta məktəb məzunlarının istirahət gəzintisi zamanı baş verib. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar