Zəhərlənənlər arasında şəhid bacı-qardaşı da var - DİREKTOR

23-06-2022, 13:50   


Zəhərlənənlər arasında şəhid bacı-qardaşı da var - DİREKTOR

Xəbər verildiyi kimi, dünən Beyləqan rayonunda pambıq sahələrində işləyən 15 nəfər zəhərlənib. 

Zəhərlənən şəxslər dərhal Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bu barədə Cebhe.info-ya açıqlamasında Beyləqan rayon Mərkəzi Xəstəxanasının direktoru Nürəngiz Bəşirova dünən zəhərlənmə faktı ilə xəstəxanaya daxil olan şəxslərin bu gün evə buraxıldığını deyib. 

O bildirib ki, zəhərlənmə ilə bağlı xəstəxanaya 12:30 radələrində məlumat daxil olub və hadisə yerinə dərhal həkim briqadası göndərilib:

“Dünən pambıq sahəsində zəhərlənmə olduğu haqda bizə məlumat daxil oldu. Dərman vurulmuş ərazidə işçilər alaq ediblər. Xəstəxanada bütün analizlər, yoxlanışlar aparıldı. 15 nəfərdən 2-nin vəziyyəti orta-ağır dəyərləndirildi. Müraciət edənlərin çoxu dərmanın onlara pis təsir edəcəyi həyəcanı ilə panik atak keçiriblər. Həmin 2 nəfərdə də xroniki xəstəlik olduğu üçün dərman onlara pis təsir etmişdi. Durum bütün səlahiyyətli dövlət qurumlarının nəzarətində idi. Bir gecə müşahidə altında saxladıqdan sonra bu gün səhər evə buraxıldılar. Zəhərlənənlərin arasında şəhid bacısı və qardaşı da var idi”. 

Xəstəxananın direktoru onların panik atak keçirdiklərini qeyd edib: 

“Pambıq sahəsində alaq otlarına qarşı dərman vurublar. Həmin sahədən 1-2 hektar kənarda olublar. Sadəcə olaraq, iyi hiss ediblər, biri qaşındığını, biri halının qarışdığını deyib. Ciddi bir problem olmayıb. Panik atak keçiriblər, qorxublar ki, zəhərlənərlər. Buna baxmayaraq, biz onların hamısını yüksək səviyyədə qəbul elədik, vəziyyətlərini dəyərləndirdik”. 

Günay Şahmar
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.