Türkiyənin İstanbul şəhərində Qoqi Piterski ləqəbli qanuni oğru Geeorgi Canalidze vəhşicəsinə döyülüb.
Sfera.az-ın məlumatına görə, hadisə “Marin Prinses” otelində baş verib.
Məlumata görə, oteldə onunla birgə Nuqzar Torçinava (Torçik) adlı başqa bir oğru da olub. Qəfil onlara yaxınlaşan və əllərində rezin dəyənəklər olan 6 nəfər Qoqi Piterskini huşunu itirənədək döyüblər. Bu arada onlar Torçikə toxunmayıblar.
Kriminal dairələrdən o da məlum olub ki, Qoqini “Kardava-Mzarelua” qruplaşması sifariş edib.
Xatırladaq ki, Qoqi “Lotu Quli”yə yaxıın adamlardan sayılır. Qulinin təşkil etdiyi əksər məclislərdən çəkilmiş fotolarda onu görmək mümkündür.