Lotu Qulinin qardaşının həbsi ilə bağlı - Yeni DETALLAR

30-08-2022, 15:01   





Xəbər verdiyimiz kimi, Rusiyada qanuni oğru, Alik Rıjiy kimi tanınan Əli Heydərovu qətlə yetirməkdə şübhəli bilinən Rövşən Abbasov və Namik Səlifov saxlanılıblar.

Qeyd edək ki, kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) qətlindən sonra onun nəhəng yeraltı imperiyası tərəfdarlarına, xüsusən də qardaşı Namik Səlifova miras qalıb. Bundan sonra Namik Səlifov "sağ əli" Polad Ömərovla birlikdə təsir dairələrinin yenidən bölüşdürülməsi uğrunda qızğın müharibənin mərkəzində olublar.


Bakupost.az Rusiya mətbuatına intinadla xəbər verir ki, Namik Səlifov və Polad Ömərov Lota Qulinin qətlində əli olanların ovuna başlayıb və kifayət qədər uğur əldə ediblər.


Belə ki, bu ilin aprel ayında Türkiyənin Mersin şəhərində qanuni oğru Rafiq Eyvazovun (Rafik Masallinski) həyatına qəsd edilib. O, 4 güllə yarası ilə xəstəxanaya yerləşdirilib.


Fotoda Albert Rıjıy


Albert Rıjiyə gəlincə, o, bir vaxtlar “1 nömrəli qanuni oğru” Aslan Usoyanın (Ded Xasan) klanına mənsub idi. Nadir Səlifovla Əli Heydərov arasında müharibə 2013-cü ilin sonunda başlayıb. Lotu Quli o vaxt Albert Arxangelski Rıjinin nəzarətində olan bir sıra bazarlara iddialarını açıqlayıb. Lakin Əli Heydərov gəlirli obyektləri bölüşdürməkdən imtina edib. Qanuni oğrular arasında bir neçə xoşagəlməz telefon danışıqları baş verib və nəticədə ciddi münaqişə yaranıb.


Albert Rıjiy 2021-ci il aprelin 12-də Moskvada "Qırmızı yelkənlər" yaşayış kompleksinin fitnes mərkəzində güllələnib. Qətldən dərhal sonra həbs edilən killer Mətləb Sultanov dindirilmə zamanı bildirib ki, qanuni oğrunu qətlə yetirmək onun şəxsi qərarıdır, çünki aralarında xoşagəlməz söhbət olub.


Zaur
BakuPost
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.