Günel intihar edib, yoxsa öldürülüb? – “Babanın günahkar olması…”

8-09-2022, 13:48   


Günel intihar edib, yoxsa öldürülüb? – “Babanın günahkar olması…”


Bir neçə gün bundan əvvəl Daşkəsən rayonunun Astaf kəndində 15 yaşlı qız özünü güllələyərək intihar edib.

İntihar etdiyi deyilən Günel Həsənovanın ailəsi APA TV-ə qızlarının intihar etmədiklərini bildiriblər.

Yeniyetmənin valideynləri iddia edirlər ki, övladlarının ölümünün səbəbi intihar deyil. 

Valideynlərin bildirdiyinə görə, Günelin hər hansı bir psixoloji problemi olmayıb, ölmək istəməsinə səbəb olacaq hər hansı bir gərginlik yaşamayıb. 

Valideynləri Günelin öldürüldüyünü düşünürlər.

Günelin ana babası isə nəvəsinin ölümündə onun ata babasını günahkar bilir.

Onun sözlərinə görə, qız babasının yanında olub, ona baba cavabdeh olub.

Qeyd edək ki, Günel Həsənova babası Musa Həsənovla mövsümü olaraq Astaf kəndində yaşayıblar.

Hazırda faktla bağlı Daşkəsən Rayonun Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Ananın və nənənin iddiasını cavablandırmaq üçün hadisə baş verən vaxt Günelin yaşadığı babası ilə əlaqə saxlamağa çalışdıq.

Astaf kəndinin daxil olduğu Qabaqtəpə kənd icra nümayəndəliyindən Elvin İmanov Cebhe.info-ya bildirib ki, Günelin babası Musa Həsənov ağsaqqal adamdır, səksəndən çox yaşı var:

“Hazırda istintaq gedir, bizim nə baş verdiyi haqqında tam dəqiq məlumatımız yoxdur. Göygöl rayonunda Günelin yas mərasimi keçirilir. Ailəsi, babası da hazırda ordadır. Babası ağsaqqal kişidir, telefon işlətmir. Babanın günahkar olması haqqında məlumat eşitməmişik”.

Günay Şahmar
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.