Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Zakir Qaralov bir şapalaqla döşəməyə yıxıldı” – Hadisə necə olub?

9-09-2022, 09:17   


Ötən gün “Yeni Sabah” 1991-ci ildə Zakir Qaralovun spirtli içkilərə meyli üzündən o vaxtkı baş prokuror Murad Babayev tərəfindən döyülməsi haqda informasiya yaymışdı.  

Xəbər yayılandan sonra mərhum Murad Babayevin yaxın dostu, yazıçı-jurnalist, “Xudafərin” qəzetinin sabiq baş redaktoru Sərməst Seyidəliyev redaksiyamızla əlaqə saxlayaraq baş vermiş hadisənin detalları haqda danışıb.

S. Seyidəliyev deyib ki, M. Babayev 1990-cı il deputat seçkilərində namizəd olarkən onun vəkili olub, təbliğatını aparıb. Mərhum baş prokurorla uzunillik dostluq əlaqələri olub və o vəzifədə olduğu müddətdə daimi ünsiyyətdə olublar. 

S. Seyidəliyev deyib ki, əslində baş vermiş hadisə baş prokurorlun kabinetində deyil, Nəsimi Rayon Polis İdarəsinin binasında baş verib:

“Əvvəla onu deyim ki, Murad Babayev gözəl insan, vətənpərvər və xalqını sevən idi. Heç vaxt haqqı nahaqqa qurban verməzdi. 

Bu hadisə ilə bağlı o mənim özümə detallı  xəbər verib. Dedi ki, bir gün qeyri iş saatında Nəsimi rayon polis idarəsinin rəisi ona zəng vurub həmin rayonun prokuroru olan Zakir Qaralovun içkili vəziyyətdə, idman formasında şöbəyə gəldiyini deyib. Bildirib ki, o şöbədə nalayiq ifadələr işlədir, polis işçilərinin yanında söyüş söyür. 

Bunu eşidən Babayev də dərhal polis şöbəsinə gəlir, şahid olur ki, vəziyyət deyiləndən də betərdir. Murad Babayev Zakir  Qaralovu dilə tutur, onu sakitləşdirmək istəyir, amma buna nail olmur, Qaralov təhqiramiz danışır, söyüşlər söyür. Artıq buna dözməyən Murad Babayev ona solaxay bir şapalaq vurur. Bir şapalaqla Zakir Qaralov döşəməyə yıxılır.

Həmin hadisədən dərhal sonra Zakir Qaralovu Nəsimi rayon prokuroru vəzifədən azad edir. 

Bundan bir il sonra - 1992-ci ildə isə Murad Babayev özü Baş Prokuror vəzifəsindən istefa verdi. Həmin il də Bakı Nəqliyyat Prokurorluğu yaradıldı və Babayev ora prokuror təyin olundu. O vəzifədə 7 il – 2000-ci ilə qədər çalışdı. 

Amma 2000-ci ildə Zakir Qaralov Respublika Baş Prokuroru təyin olundu və ilk əmrlərindən biri də Murad Babayevi öz vəzifəsindən azad etmək oldu. Bununla da ürəyi soyumadı, Murad Babayevin ona yaxın olan kadrlarını işdən azad etdi. 

Buna dözməyən Murad Babayev 2000-ci ildə “Azadlıq” qəzetində çıxış etdi və Prezidentə müraciət ünvanladı ki, bu məsələyə son qoyulsun. 

Həmin müraciətdən sonra Qaralov qisasçılıq əməllərini dayandırdı”.

Əsmətxanım Rzazadə

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar