Böyük Britaniya kraliçası II Elizabeth Balmoralda 96 yaşında vəfat edib. O, Böyük Britaniyanın ən uzun sürən monarxı olaraq 70 il hakimiyyətdə olub.
Cümə axşamı günü onun səhhəti ilə bağlı narahatlıqlar artdıqdan sonra ailəsi Şotlandiyadakı mülkünə gəlib.
Buckingham Sarayının bəyanatında deyilib: "Kraliça bu gün günorta Balmoralda dinc şəkildə vəfat edib.
Kraliça 1952-ci ildə taxta çıxıb və böyük sosial dəyişikliklərin şahidi olub.
Onun oğlu Kral III Charles sevimli anasının vəfatının onun və ailəsi üçün "böyük kədər anı" olduğunu və onun itkisinin bütün dünyada "dərindən hiss olunacağını" deyib.
O bildirib: "Biz əziz bir suveren və çox sevilən bir ananın vəfatı ilə bağlı dərin hüznlə yas tuturuq.
Mən bilirəm ki, onun ölümü bütün ölkədə, səltənətlərdə və Birlikdə və bütün dünyada saysız-hesabsız insan tərəfindən dərindən hiss olunacaq".
O, matəm və dəyişiklik dövründə "Kraliçanın bu qədər geniş şəkildə əhatə olunduğu hörmət və dərin məhəbbəti bilməyin" özü və ailəsi üçün "təsəlli və dəstək olacağını" söylədi.
Kral və konsort Kraliça bu axşam Balmoralda qalacaqlar və sabah Londona qayıdacaqlar.
Kraliça həkim nəzarətinə alındıqdan sonra onun bütün uşaqları Aberdin yaxınlığındakı Balmoral şəhərinə gediblər.
Onun nəvəsi və taxtın varisi Şahzadə William və onun qardaşı Şahzadə Harry də orda idilər.
Kraliçanın çərşənbə axşamı təyin etdiyi Baş nazir Liz Truss monarxın müasir Britaniyanın üzərində qurulduğu qaya olduğunu və "bizə lazım olan sabitliyi və gücü təmin etdiyini" söyləyib.
Yeni Kraldan danışan baş nazir deyib: "Biz ona anasının uzun müddət çoxlarına həsr etdiyi kimi öz sədaqətimizi və loyallığımızı təklif edirik.
"Və ikinci Elizabeth dövrünün keçməsi ilə biz "Tanrı Kralı qorusun" sözlərini deməklə, Ülyahəzrətin arzuladığı kimi, böyük ölkəmizin möhtəşəm tarixində yeni eranı açırıq".
Monarxın ali rəhbəri olduğu İngiltərə kilsəsinin ruhani lideri Canterbury arxiyepiskopu Justin Welby "dərin kədərini" ifadə edib: .
O, "dualarının Kral və Kral ailəsi ilə birlikdə olduğunu" söyləyib.
Kraliça II Elizabeth-in dövlət başçısı kimi səlahiyyət müddəti müharibədən sonrakı qənaət rejimini, imperiyadan Birliyə keçidi, Soyuq Müharibənin bitməsini və Böyük Britaniyanın Avropa İttifaqına daxil olması və ordan çıxmasını əhatə edib.
Onun hakimiyyəti 1874-cü ildə anadan olmuş Winston Churchill-dən başlayaraq, 101 il sonra 1975-ci ildə anadan olmuş və bu həftənin əvvəlində Kraliça tərəfindən təyin edilən Liz Truss da daxil olmaqla 15 baş naziri əhatə edib.
O, hakimiyyəti boyu baş naziri ilə həftəlik görüş təşkil edirdi.
Londondakı Buckingham Sarayında Kraliçanın vəziyyəti ilə bağlı yenilikləri gözləyən izdiham onun ölüm xəbərini eşidən kimi ağlamağa başlayıb.
Yerli vaxtla saat 18:30-da Sarayın üstündəki Birlik bayrağı yarıya qədər endirilib və çöldə ölüm barədə rəsmi bildiriş asılıb.
Kraliçanın ölümündən sonra Şahzadə William və həyat yoldaşı Catherine Cambridge və Cornwall hersoqu və hersoginyası oldular.
Kraliça Elizabeth Alexandra Mary Windsor Londonda, Mayfair-də 1926-ci il aprelin 21-də doğulub.
O vaxtlar onun monarx olacağı bəlli deyildi, lakin 1936-cı ilin dekabrında əmisi VIII Edvard iki dəfə boşanmış amerikalı Wallis Simpson-la evlənmək üçün taxtdan imtina etdi.
Elizabetin atası Kral VI George oldu və 10 yaşlı Lilibet (ailəsi onu belə adlandırırdı) taxtın varisi oldu.
Üç il ərzində İngiltərə faşist Almaniyası ilə müharibədə idi. Valideynləri Kanadaya təxliyə edilməyə dair təklifləri rədd etdikdən sonra Elizabeth və kiçik bacısı Şahzadə Margaret müharibə dövründə çox vaxt Windsor Qəsrində olurdular.
18 yaşı tamam olandan sonra Elizabeth beş ayını Yardımçı Ərazi Xidmətində keçirdi və motor mexanikasının əsaslarını və sürücülük bacarıqlarını öyrəndi. "Mən çətinliklər qarşısında çiçəklənən birlik ruhunu anlamağa başladım" deyə sonralar o xatırlayırdı.
Müharibə zamanı o, Kral Donanmasında xidmət edən qohumu, Yunanıstan Şahzadəsi Philip ilə məktublaşırdı. Onların məhəbbəti çiçəkləndi və cütlük 20 noyabr 1947-ci ildə Westminster Abbatlığında evləndi və şahzadə Philip Edinburgh hersoqu titulunu aldı.
Kraliça 2021-ci ildə, Şahzadə Philip 99 yaşında vəfat etməzdən əvvəl onu 74 illik evliliyim boyunca "gücüm və dayağım" kimi təsvir etdi.
1948-ci ildə onların ilk oğlu Charles dünyaya gəldi. 1950-ci ildə Şahzadə Anne, 1960-cı ildə Şahzadə Andrew, 1964-cü ildə Şahzadə Edward doğuldu. Kraliçanın səkkiz nəvə, 12 nəticəsi var.
Şahzadə Elizabeth 1952-ci ildə Keniyada olarkən Philip ona atasının öldüyü xəbərini verəndə o, səhhəti o qədər də yaxşı olmayan Kralı təmsil edirdi. O, dərhal yeni Kraliça kimi Londona qayıtdı.
"Bu, çox qəfil öhdənizə götürdüyünüz və bacardığınız ən yaxşı işi etmək idi" o sonralar demişdi.
Elizabeth-in tacqoyma mərasimi 1953-cü il, iyunun 2-də Westminster Abbatlığında o, 27 yaşında olarkən keçirildi. Bu mərasimi 20 milyondan çox insanı əhatə edən o vaxt üçün rekord sayda televiziya tamaşaçıları izləmişdi.
Sonrakı onilliklərdə xaricdə Britaniya İmperiyasının sona çatması və daxildə isə 60-cı illərin sosial normaların aradan qaldırması kimi böyük dəyişikliklər baş verdi.
Elizabeth monarxiyanın populyar olmadığı bir zamanlarda islahatlar apardı - gəzintilər, kraliyyət ziyarətləri və ictimai tədbirlərdə iştirak etməklə ictimaiyyətlə əlaqə qurdu.
Onun Birliyə sadiqliyi daimi idi - o, hər Birlik ölkəsini azı bir dəfə ziyarət etdi.
Ancaq şəxsi və ictimai ağır dövrlər də oldu. 1992-ci il Kraliçanın "annus horribilis"i (dəhşətli il - lat) oldu: onun şəxsi iqamətgahı, həm də iş sarayı - Windsor Qəsrində yanğın çıxdı və üç uşağının nikahı pozuldu.
1997-ci ildə Uels şahzadəsi Diana-nın Parisdə avtomobil qəzasında ölümündən sonra kraliça ictimaiyyət qarşısına çıxmaq istəmədiyinə görə tənqidlərə məruz qalmışdı.
Müasir cəmiyyətdə monarxiyanın aktuallığı ilə bağlı suallar var idi.
"Heç bir təsisat… ümid etməməlidir ki, onu istəməyənlər bir tərəfə, hətta ona sədaqətli olanların tənqidindən sığortalanıb", o demişdi.
21 yaşlı şahzadə kimi Elizabeth həyatını xidmətə həsr edəcəyinə söz vermişdi.
"Bu and mənim gəncliyimdə, hələ mühakimələrimin yetkin olmadığı bir vaxtda içilsə də, mən o vaxt dediyim bircə sözdən də nə peşmançılıq çəkir, nə də imtina edirəm".
Eyni xidmət öhdəliyi 45 il sonra iyun ayında Platin Yubileyinin həftə sonu millətə təşəkkür məktubunda da təkrarlandı.
Bu əlamətdar hadisə dövlət mərasimləri, rəngarəng festivallar, eləcə də canlı küçə şənlikləri ilə qeyd olundu.
Kraliçanın səhhəti onu bəzi tədbirlərdən kənarda saxlasa da, o deyirdi: "Ürəyim sizinlədir".
İndi kraliyyət ailəsi matəm dövrünə girib. Yaxın günlərdə ölkədə matəm olacaq, rəsmi mərasimlər ləğv ediləcək və kral iqamətgahlarında, hökumət binalarında, Silahlı Qüvvələrdə və xaricdəki Böyük Britaniya qurumlarında Birlik bayraqları yarıya endiriləcək.
Parlament üzvləri Kraliçaya ehtiramlarını bildirəcək və Kral Charles üçün and içəcəklər.
Yerli və milli təşkilatlar, xeyriyyə təşkilatları xatirə tədbirləri təşkil edərkən kilsə zəngləri çalınacaq, yaylım atəşi açılacaq.
Yaxın iki həftə ərzində kraliçanın rəsmi dəfn mərasiminin keçiriləcəyi gözlənilir.
Xarici ölkə liderləri kraliçaya hörmətlərini izhar edib. ABŞ prezidenti Co Bayden 11 sentyabr terror hücumlarından sonra "ən qaranlıq günlərində" ABŞ ilə həmrəylik içində necə dayandığını xatırlayıb.
Fransa prezidenti Emmanuel Makron üçün o, "mehriban kraliça" və "Fransanın dostu" idi.
Kanadanın baş naziri Castin Trudeau üçün Kraliça kanadalıların həyatında daimi və "dünyada ən sevimli adamlarından" biri idi.
Çin prezidenti Xi Jinping deyib: "Onun vəfatı Britaniya xalqı üçün böyük itkidir".
Hindistanın Baş naziri Narendra Modi Böyük Britaniyaya iki səfəri zamanı monarxla keçirdiyi "unudulmaz görüşləri" xatırladıb. O, tvitində "Onun istiqanlılığını və mehribanlığını heç vaxt unutmayacağam" yazıb.
Ukrayna Prezidenti Volodymyr Zelensky Twitter hesabında yazıb ki, "bu əvəzedilməz itki" onu "dərin kədərə" boğub.
Rusiya lideri Vladimir Putin isə Kral III Charles-a "dərin başsağlığı" göndərib.
BBC.com