SON DƏQİQƏ! Əvəz Zeynallı saxlandı, Baş Prokurorluq TƏSDİQLƏDİ - RƏSMİ

10-09-2022, 17:40   


"Xural" TV-nin rəhbəri, jurnalist Əvəz Zeynallı bu gün günortadan sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 

Musavat.com xəbər verir ki, bu barədə ilk olaraq ictimai fəal İlkin Rüstəmzadə və Bəxtiyar Hacıyev "Facebook"da paylaşım ediblər. Jurnalistin bir neçə yazıçı və jurnalistlə kafedə nahar edərkən saxlandığı bildiirlir.

 

 

Baş Prokurorluğun mətbuat xidmətindən Musavat.com-a faktı təsdiqləyərək bildiriblər ki, hazırda istintaq hərəkətləri həyata keçirilir və Baş Prokurorluğun əməkdaşları axtarış üçün onun jurnalistin ofisinə gediblər. 

"Faktla bağlı cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri həyata keçirilir. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.  

Qeyd edək ki, bu günlərdə Əvəz Zeynallının "Baku Steel Kompany-nin rəhbəri, hazırda məhkəməsi gedən Rasim Məmmədovun ailəsindən rüşvət almaq şübhəsi doğuran səs yazısı internet resurslarında yayılıb. Jurnalist özü isə canlı efirdə bildirib ki, həmin səs yazısında söhbət geri qaytarılacaq hansısa pul məbləğindən yox, əlində olan ifşaedici sənədlərdən gedir.

Musavat.com

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.