Bakıda keçmiş polis xəstəliyinə görə özünü öldürdü

20-09-2022, 11:30   





Bakıda keçmiş polis əməkdaşı intihar edib.


“Qafqazinfo”nun məlumatına görə, vaxtilə Səbail Rayon Mühafizə İdarəsində serjant rütbəsində xidmət etmiş Şahin Hüseynov ötən gecə yaşadığı evdə özünü asıb.


İlkin ehtimalallara görə, onun intiharına səbəb xəstəliyi olub.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü Ş.Hüseynov bir müddət əvvəl səhhətindəki problemlərlə əlaqədar öz xahişi ilə daxili işlər orqanlarından xaric olunub.

Faktı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiq ediblər.

Araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.