Generalın səhhəti pisləşdi, nitqi tutuldu - Vəzifədən azad olunur?

21-09-2022, 13:01   


Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Cavad oğlu Tağı-zadənin səhhətində ciddi problemlər yaranıb.

Anaxeber.info Qaynarinfo-a istinadla xəbər verir ki, ötən ilin aprel ayında FHN-in Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin həbsindən sonra nazir müavininin səhhətində ciddi problemlər yaranmağa başlayıb. General-leytenant hazırda nitq pozulması, beyin təzyiqi diaqnozları ilə müalicə olunur.

Məlumata görə, Faiq Tağı-zadə bülletenə çıxaraq, nazirlikdəki əmək fəaliyyətini dayandırıb. Bu ilin noyabr ayında 71 yaşı tamam olacaq nazir müavininin vəzifəsindən azad olunacağı gözlənilir.

Qeyd edək ki, Faiq Tağı-zadə 17 noyabr 1951-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, tibb elmləri namizədidir. 3 may 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə fövqəladə hallar nazirinin müavini təyin edilib. Ailəlidir. 3 övladı var.

2021-ci ilin aprelində həbs olunan FHN-in Zığdakı Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev Faiq Tağı-zadənin bacısı oğludur. İmran Ağayev və xəstəxananın bir neçə əməkdaşı xəstələrdən pul almaqda ittiham edilib. Generalın bacısı oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 3 ay azadlıqdan məhrum edilsə də, Bakı Apellyasiya Məhkəməsi cəzanı 4 ilə endirib.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.