Ağdam-Füzuli avtomobil yolunun inşası zamanı baş verən mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.
Anaxeber.info-un Report-a istinadən verdiyi xəbərə görə, hadisə Ağdamın Yusifcanlı kəndində qeydə alınıb.
Minaya düşən şəxslər yol tikintisi işlərini həyata keçirən şirkətin əməkdaşlarıdır.
Yaralılar Bərdə Diaqnostika Mərkəzinə yerləşdiriliblər və əməliyyat olunublar.