Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Soçi bəyanatından hansı müddəalar çıxarılıb? - “Sənəddə xüsusi bir cümlə var”

1-11-2022, 17:01   





“İş orasındadır ki, Soçi görüşü ərəfəsində Paşinyanın çıxışlarında müxtəlif miflər səsləndirdi”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Fikrət Sadıxov bildirib.

O, Soçi görüşünün yekunlarında imzalanan bəyanatdan çıxarılan müddəalardan danışıb:

“Soçiyə getməzdən əvvəl Ermənistan baş naziri Rusiya sülhməramlılarının Qarabağda15-20 il qalması, yaxud üçtərəfli bəyanata Qarabağ məsələsini salınması, etnik ermənilərin oradakı status, hüquqları və digər məsələlərin müzakirəsi və s. barədə açıqlamalar vermişdi. Lakin o, nə qədər çalışsa da, bu niyyəti alınmadı. 

Biz öz prinsipial mövqeyimizdə qaldıq. Bəyanatda ərazi bütövlüyü haqqında xüsusi bir cümlə var, o cümlədən sərhədlərinin pozulmamasına dair ifadələr var, bu, bizi tam qane edir”.

F. Sadıxov düşünür: “Paşinyan ola bilsin ki, hansısa qüvvələrin maraqlarını qane etmək üçün sənədə bir sıra ifadələr salmaq istəyirdi. Əminəm ki, Azərbaycan tərəfi buna etiraz edib. Biz bu məsələdə həmişə qətiyyətli bir növqe nümayiş etdirmişik.

Onu da əlavə etmək istərdim ki, ölkə başçısı rusiyalı həmkarı ilə görüşü zamanı konkret bir ifadə işlədib: “Qarabağ münaqişəsi bitdi, biz buna 2 il əvvəl son qoyduq və artıq söhbət Ermənistanla Azərbaycan arasındakı münasibətlər gedir””.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar