DTX MƏDƏNİYYƏT NAZİRLİYİNDƏ ƏMƏLİYYAT KEÇİRDİ - Nazirliyinin 14 əməkdaşı saxlanıldı + VİDEO (Yenilənir)

1-11-2022, 18:51   



Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı 14 nəfər saxlanılıb.

Bu barədə “Caliber” xəbər verir.

***

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılan daha bir vəzifəli şəxsin adı məlum olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində Nazirliyin Protokol Şöbəsinin rəisi Kamil Rzayev saxlanılıb.


***

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyindəki keçirdiyi əməliyyat zamanı nazir müavini istintaqa cəlb edilib. APA xəbər verir ki, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də əməliyyatla bağlı başlanılan cinayət işi çərçivəsində istintaqa cəlb olunub.

Onu da qeyd edək ki, mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov 2020-ci ildə DTX-nın keçirdiyi əməliyyatda saxlanılıb və məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib. 


***

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirir. APA xəbər verir ki, əməliyyat zamanı vəzifəli şəxslərin saxlanıldığı bildirilir.

Saxlanılanlar arasında Nazirliyin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov da var.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.





Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.