İcra nümayəndəsindən özünü doğrayan direktorla bağlı AÇIQLAMA

1-11-2022, 18:54   


İcra nümayəndəsindən özünü doğrayan direktorla bağlı AÇIQLAMA


Xəbər verdiyimiz kimi, Siyəzən rayonunun Beşdam kənd məktəbinin direktoru intihara cəhd edib. 

Özünə xəsarət yetirən məktəb direktoru səhər saatlarında Siyəzən Müalicə- Dioqnostika Mərkəzinə çatdırılıb.
Mərkəzdən verilən məlumata görə, Beşdam kənd sakini, 62 yaşlı Sərvət Qəribağa oğlu Əlizadə bu səhər sol saidin aşağı 1/3 kəsilmiş yarası diaqnozu ilə mərkəzə gətirilib və ona ilk tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan Siyəzən rayon Beşdam kənd icra nümayəndəsi Sənan Ağayev direktorun məktəbdə intihara cəhd etdiyini deyib:

“Səbəbini bilmirik, istintaq araşdırır. Səhər məktəbdə intihar edib, özünə xəsarət yetirib, amma hansı səbəbdən olduğu məlum deyil”.

Günay Şahmar
Cebhe.info

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.