Rəşad qonşusunu bu meyxanaya görə öldürüb - Video

9-11-2022, 12:49   




Xəbər verdiyimiz kimi, meyxanaçı Rəşad Dağlı qonşusunu ürəyindən bıçaqlayaraq qətlə yetirib.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, qətlə yetirilən şəxs İsgəndər Mehdiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub.

O, təxminən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.

Hadisəyə səbəb isə Rəşadın narkotiklə bağlı meyxanası olub. Belə ki, o, deyişmədə "bariqa və mal satanlar getsin öz evinə satsın" kimi sərt ifadələr işlədib.

Həmin meyxana da iki şəxs arasında mübahisəyə səbəb olub.

İsgəndər Mehdiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.