Rusiya prezidenti Vladimir Putin Moskvada Kreml sarayında keçirilən Beynəlxalq Hakimlər Konqresində çıxış edib.
Musavat.com Putin məhkəmə sistemi ilə yanaşı, Ukraynadan Rusiyaya ilhaq edilən bölgələrdə qurulması planlaşdırılan yeni məhkəmələrdən danışıb.
Rusiya xalqının əsas hüquqlarının konstitusiya ilə təmin olunduğunu vurğulayan Rusiya lideri bildirib ki, ölkədə iş mühitinin gücləndirilməsində məhkəmə sisteminin böyük rolu var:
"Bütün biznes və şirkətlərin stabil işləməsi böyük ölçüdə onlardan asılı olduğu üçün məhkəmə qərarlarının iqtisadi sahədə də əhəmiyyəti yüksəkdir. Ümumiyyətlə, bu gün ölkənin üzləşdiyi çətinliklər, təhdidlər, iddialar, araşdırmalar və digər prosessual hərəkətlərin həyata keçirilməsi zamanı səthi və ittiham aktı olmadan heç bir yanaşmaya əsas ola bilməz. Vətəndaşlarımızın hüquq və azadlıqları Konstitusiya ilə təmin olunub”.
Rusiya məhkəmə sisteminin inkişafı istiqamətində gördükləri işlərdən danışan Putin ədalətsizliklərin aradan qaldırılması və daha sürətli məhkəmə sisteminin yaradılması məqsədilə 16 yeni apellyasiya və məhkəmələrin yaradıldığını, sülh hakimlərinin fəaliyyəti ilə bağlı qanunvericiliyin yeniləndiyini bildirib.
Putin İkinci Dünya Müharibəsi əsnasında nasistlərin dinc əhaliyə qarşı törətdikləri insanlığa sığmayan cinayətlər və soyqırımlarla bağlı dəlil toplama səylərinin davam etdiyini və bunun qanuni şəkildə qeydə alınmasının vacibliyini vurğulayıb:
“Böyük Vətən Müharibəsi illərində dinc əhaliyə qarşı soyqırımı faktlarının tanınması üçün aparılan araşdırmaların əhəmiyyətinə diqqət çəkəcəyəm. Faşistlərin vəhşilikləri və törətdiyi cinayətlərlə bağlı sübutların toplanması davam edir. Bundan sonra hər bir fakta hüquqi və məhkəmə-tibbi qiymət verilməlidir".
Putin Ukraynanın ilhaq edilmiş 4 bölgəsində qurulması planlaşdırılan yeni məhkəmələrdən də danışıb:
"Bildiyiniz kimi, milyonlarla insanın iradəsi ilə Donetsk, Luqansk, Zaporojya və Xerson Rusiya Federasiyasının yeni bir hissəsi oldu. Bu bölgələrdə federal məhkəmələrin yaradılması planlaşdırılır. Bu bölgələrin tezliklə Rusiya məhkəmə sisteminə inteqrasiya olunması vacibdir. Bu, çox ciddi işdir və ən qısa zamanda həyata keçirilməlidir”.
Nigar Cəfərli,
Musavat.com