SON DƏQİQƏ! Molla rejimi ilə Fransa arasında gərginlik ARTIR – Parisə niyə nota verildi?

1-12-2022, 12:08   


Fransanın İrandakı səfiri Nikolas Roş ölkəsinin xarici işlər naziri Ketrin Kolonnanın Fransa Milli Assambleyasında verdiyi bəyanata görə İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Musavat.com xəbər verir ki, Fransa səfiri ilə Xarici İşlər Nazirliyinin binasında keçirilən görüşdə İran İslam Respublikası Fransa hakimiyyətinin İrana qarşı irəli sürdüyü ittihamlara kəskin etirazını bildirib.

İran XİN fransız nazirin parlamentdəki açıqlamalarını “qəbuledilməz” və “ölkənin daxili işlərinə müdaxilə” adlandırıb.

İran Fransa və bəzi Avropa ölkələrinin insan haqları məsələsindən sui-istifadə etdiyini və bu ölkələrin insan haqları ilə bağlı iddialar irəli sürmək səlahiyyətlərinin olmadığı vurğulayıb.

Nikolas Roş məsələni rəsmi Parisə çatdıracağını bildirib.

Xatırladaq ki, noyabrın 28-də Fransa qanunvericiləri İranda davam edən etirazlarda nümayişçilərin hökumət qüvvələri tərəfindən zorakılıqla susdurulmasını pisləyib və Avropa hökumətlərini Tehrana daha çox təzyiq göstərməyə çağırıb.

Fransa parlamentinin ən güclü palatasının bütün üzvləri bu qətnamənin lehinə səs verib və təhlükəsizlik qüvvələrinin dinc nümayişçilərə qarşı amansız repressiyasını pisləyiblər.

Nigar Cəfərli,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.