Dərələyəzin qubernatoru Ararat Qriqoryan Azərbaycan tərəfinin Ermənistanın suveren ərazisində, Dərələyəzin İstisu (Cermux) bölgəsində tunel və ya yol tikintisi ilə bağlı məlumatı təkzib edib.
Axar.az xəbər verir ki, bu barədə o, jurnalistlərə deyib.
“Bizdə belə bir məlumat yoxdur. Azərbaycan tərəfinin tunel və ya yol çəkməsi ilə bağlı yayılan xəbərləri məntiqsiz hesab edirəm. Mühəndislik işlərinə gəlincə, bu, mümkündür”, - o bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Tatoyan Fondunun rəhbəri, Ermənistanın keçmiş Ombudsmanı Arman Tatoyan Azərbaycannın İstisu (Cermux) şəhərinin yaxınlığında guya qanunsuz tikinti və mühəndislik işləri apardığını bildirmişdi.