Jdanov: İranın İrəvana verdiyi raketləri vurmaq çətindir

8-12-2022, 13:33   




İran raketləri son vaxtlar “silah bazarında” böyük marağa səbəb olub. Bunun əsas səbəbi kimi bu raketlərin daha müassir xüssüsuyyətlərə malik olması göstərilir.

Bu fikirləri Axar.az-a açıqlamasında tanınmış ukraynalı hərbi ekspert Oleq Jdanov bildirib.

“Yeni nəsl İran raketləri artıq bir müddətdi Rusiya ordusu tərəfindən Ukraynada istifadə olunur. Və bizim hərbçilərimiz artıq bu raketlər barədə lazımi qədər məlumata malikdir. Onu qeyd etmək vacib olar ki, bu raketləri bildiyimiz və arsenalımızda olan hava hücumundan müdafiə kompləksləri ilə vurmaq çox çətindir. Bunun da məntiqi izahı var. Bu raketlər əsas gövdəsini müəyyən bir trayektoriyaya çatdıqda atmaq xüsusiyyətinə malikdir. Üstəlik onlar 8-9 metr uzunluğunda olsaydı, onları HHM kompleksləri rahatlıqla görə bilərdi. Bu İran raketləri isə üç metr uzunluğunda olur (gövdəni atdıqda daha da balacalaşır), ön hissəsi konusvaridir və radar onu çox zəif görür. Həmçinin, bu raketlər çox sürətlidir. Çox güman ki, İranın Ermənistana göndərdiyi raketləri biz sabah Rusiya ordusunun arsenalında görəcəyik, çünki İrəvan Bakı ilə kəllə-kəlləyə gəlməyi risk etməz. Bakının arsenalında olan raketlər İran istehsalı raketlərdən daha üstündür”, - deyə o qeyd edib.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.