SON DƏQİQƏ! Putindən NÜVƏ AÇIQLAMASI - Rusiya bu halda...

8-12-2022, 16:32   


"Rusiya nüvə silahını ancaq düşmən hücumuna cavab vermək üçün istifadə edəcək".

Musavat.com xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin İnsan Haqları Şurasının iclasında videokonfrans vasitəsilə iştirak edərkən deyib.

O bildirib ki, Rusiya nüvə silahlarına sahib olsa da, bu silahlardan ilk istifadə edən tərəf olmayacaq.

Qərb ölkələri ilə yaşadıqları gərginliyə toxunan Putin nüvə müharibəsi təhlükəsinin qlobal miqyasda artdığına diqqət çəkib:

"Rusiya bundan (nüvə silahından - red.) birinci istifadə etməyəcək. Bizdə bu silahlar var və onlar bütün nüvə ölkələrindən daha inkişaf etmiş və müasirdirlər. Bu, açıq-aydın faktdır. Biz dünyanı ülgüc kimi kəsmək fikrində deyilik. Nüvə silahına sahib olmaq gərginliyin artmasına səbəb olmamalıdır".

Putin bildirib ki, Rusiyaya hücum edilməsə, bu silahlardan istifadə etməyəcəklər:

"Ancaq müdafiə vasitələrindən istifadə etmək strategiyamız var. Buna uyğun olaraq, kütləvi qırğın silahlarını və nüvə silahlarını müdafiə üçün nəzərdə tuturuq. Bunların hamısı bir məqsəd üçün qurulub - cavab hücumu. Rusiya ancaq düşmən hücumuna cavab vermək üçün nüvə silahından istifadə edəcək".

Bu açıqlama ilə Rusiya lideri, xüsusilə qərb ölkələrinə sərt mesaj verib.

Nigar Cəfərli,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.