Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərə daha bir iranlı dəstə daxil olub. Yeli KİV-in əldə etdiyi məlumata görə, bu dəfə Qarabağa İrandan 13 nəfərlik qrup soxulub.
Rusiya və İranın Azərbaycana qarşı bu ikili siyasəti artıq bölgədə narahatlıq yaratmağa başlayıb. Bu gün İran qruplaşmasının Qarabağa daxil olmasına göz yuman, icazə verən Rusiya sülhməramlıları, Azərbaycanlı jurnaslitləri Xocalıya, öz vətənlərinə buraxmadılar. "Qəribədir, elə deyilmi?" deyə sual vermək istədim, ancaq bu sualın də ünvanı kim, o da bilinmir.
Görünən odur ki, Ermənistanla Azərbaycanın sülh əldə etməsini, sülh müqaviləsi imzalamasını istəyəmən təkcə İran deyil, həm də bu Rusiyadır. Elə məhz bu səbəbdən də 2020-ci ildə Azərbaycan qələbə qazandıqdan sonra Rusiya bölgədə liderliyini əldə saxlaya bilmək üçün üçtərəfli bəyanta qol qoydu və sülhməramlılarını sülhdənuzaq fəaliyyətlərini həyata keçrimək üçün Qarabağa təhkim etdi.
Amma indiki vəziyyət sübut edir ki, Azərbaycan Türkiyə qardaşlığı, birliyi təkcə Rusiyanı deyil, İranı da tədirgin edir.
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bundan əvvəl də Azərbaycan Qarabağa İran dövlət nömrə nişanlı avtomobillərlə yanacaq daşınmaları faktlarının üstünü açıb.
İranın bəzi məqamlarda Azərbaycana qarşı narahatlıq doğuran addımlar atması ilə bağlı məsələ əslində hələ də anlaşılmaz olaraq qalmaqdadır. Bununla cənub qonşumuz nə etmək istəyir? Məqsəd Ermənistanın tərəfində Azərbaycana qarşı vuruşmaqdırmı? Yoxsa İran Ermənistanı Azərbaycanla yenidən müharibəyə hazırlayır? Bu suallar bizim üçün hələ də cavabsız, açıq olaraq qalır: “Bir müddət əvvəl İran Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlər keçirdi. Bu bir növ Azərbaycana güc nümayişi idi. Eyni zamanda biz İran tərəfindən dəfələrlə hədə dolu bəyanatlara şahidlik etmişik. Xamneyinin xarici işlər üzrə müşaviri Ələkbər Vilayəti bir açıqlama ilə çıxış edərək vəziyyəti yumşaltmağa çalışdı. Amma Azərbaycan üçün bu məsələ qəbul edilən olmadı. Azərbaycan problemsiz, sakit və dinc qonşuluq münasibətləri tələb edir.
Ələkbər Vilayətinin müsbət fikirlərindən sonra yenidən İran vətəndaşlarının Qarabağa keçməsi və orada hansısa qanunsuz fəaliyyətlərlə məşğul olması, əvvəl 14 nəfərlik dəstə, bu gün 13 nəfərlik dəstənin girişi Azərbaycan üçün narahatlıq yaradır və şübhəli məqam kimi qalır. Buna aydınlıq gətirilməlidir!
Bu şəxslərin Qarabağa keçrilməsi İranın rəsmi qurumlarının mövqeyi idimi, İranın rəsmi siyasətinin tərkib hissəsidirmi, yoxsa hansısa terrorçu qrupların qanunsuz fəaliyyətinin nəticəsidir? Yəni bununla bağlı bir izahat, açıqlama verilməli, bu kimi fəaliyyətlərə son qoyulmalıdır”.
Siyasi şərhçi bildirir ki, bu kimi davranışlar dinc yanaşı yaşama, qonşuluq prinsiplərinə ziddir. Eyni zamanda, Rusiya sülhməramlılarının və Müdafiə Nazirliyinin rəhbərliyi, Rusiyanın ali siyasi rəhbərliyi də bir məlumat, izahat, açıqlama verməlidir bu haqda. Azərbaycan üçün maraqlıdır - 30 nəfərə yaxın bir dəstə necə Azərbaycanın ərazisinə keçib?
Rusiya sülhməramlıları bu addımı atmaqla nəyə nail olmaq istəyirlər? Politoloq hesab edir ki, Azərbaycan bu vəziyyəti təqib etməli və aydınlıq gətirilməsini tələb etməlidir.
“Bu mövzunun üzərində ciddi, sərt şəkildə dayanmaqla növbəti belə fəaliyyətlərin qarşısını almaq mümkündür”,- deyə Göyüşov əlavə edib.