PUTİN HAKİMİYYƏTDƏN NƏ VAXT GEDƏCƏK?- Sabiq Baş nazir mümkün variantları açıqlayıb

16-12-2022, 14:38   



Rusiyanın sabiq Baş naziri Mixail Kasyanov Vladimir Putinin kreslosunu tərk edəcəyi tarixlə bağlı proqnozlarnı açıqlayıb.

“AzPolitika.info” xəbər verir ki, Almaniyanın “BİLD” nəşrinə müsahibə verən Kasyanov, bununla bağlı iki variantı mümkün hesab edir: “Putinin siyasi nüfuzu xeyli azalıb. Buna görə də, Rusiya diktatoru maksimum il yarım ərzində hakimiyyətdən gedəcək. Hesab edirəm ki, o, 2024-cü ilin martında Rusiyada keçiriləcək prezident seçkilərinə qədər öz postunu qoruyub saxlayacaq”.


Rusiya hökumətinin keçmiş rəhbərinin səsləndirdiyi ikinci varianta görə, Putin prezidentlik müddəti başa çatmamış öz postunu tərk edə bilər: Bu, Rusiyanın Ukraynada məğlub olacağı təqdirdə baş verə bilər. Bundan sonra Putinin vəzifəsini Rusiyanın Baş naziri tutacaq. Qanuna görə, o üç ay ərzində növbədənkənar prezident seçkiləri keçirməlidir. Əminəm ki, bu ehtimal gerçəkləşərsə, Putin əvvəlcədən özünə yaxın bir şəxsi Baş nazir postuna təyin edəcək”.

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.