“PUTİN DOSTLARSIZ QALIB...” – “Heç kim öz adının Putin, Lukaşenko ilə bir cərgədə çəkilməsini istəmir”

17-12-2022, 12:48   



“Postsovet ölkələri Putindən daha çox uzaqlaşmaq yolunu tuturlar”

Vladimir Putinin Ukraynaya qarşı yürütdüyü işğalçılıq siyasəti və Rusiyanın sovet respublikalarına qarşı göstərdiyi mürtəce münasibət öz adekvat cavabını alır. Ukrayna müharibəsində çətin duruma düşən Rusiyanın niyyətləri və gerçək hərbi gücü aydınlaşandan sonra heç kim Kremlin ambisiyalarına boyun əymək fikrində deyil. Digər yandan, bir çox dövlətlər Rusiyaya görə Avropa Biliyi və ABŞ ilə əlaqələrini korlamaq istəmirlər.

“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Unian.net” internet portalı “Tarixi dövrlər: Putinin dostlarsız qaldığı vaxt” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur.

Həmin məqaləni təqdim edirik: ”Rusiya diktatoru öz davranışları ilə şərti olaraq “Putinin döstları” adlandırılan dövlətləri özündən uzaqlaşdırır. Əvvəllər Putinin müttəfiqləri hesab edilən sovet respublikaları Rusiyadan üz döndərməyə başlayıblar.

Əvvəlcə, Qazaxıstan Prezidenti bəyan etdi ki, o, ”lxr” və “dxr” psevdorespublikalarını tanımır. Ardınca o, Rusiya ilə qaz ittifaqı yaradılmasından imtina etdi. Bununla da demək istədi ki, Qərbin sanksiyalarını pozmağı planlaşdırmır.



Bundan bir qədər sonra Özbəkistan energetika naziri anoloji bəyanatla cxış edərək deyib ki, onların ölkəsi milli maraqlara təhlükə gətirə biləcək siyasi şərtlərlə razılaşmayacaqlar.

Tacikistan Prezidenti Emomali Raxmon da özündə cəsarət taparaq Rusiyanın onun ölkəsinə hörmət etmədiyi ilə bağlı bütün iradlarını Putinin üzünə söylədi.

Rusiyanın belə vəziyyətə düşməsinin iki səbəbi var. 

Birincisi, Ukraynaya qarşı təcavüzə başlamaqla Rusiya özü haqqında uydurduğu sülhpərvərlik əfsanəsini dağıtdı. Axı, hətta kor adam da Ukraynada nə baş verdiyini görür.

İkinci səbəb isə dünyada ən çox sanksiyaya məruz qalan və sivil dünyanın üz döndərdiyi bir ölkə ilə müttəfiq olmaq istəmirlər. İndi Rusiya ilə yanaşı dayanmaq öz ölkəsini təhlükəyə salmaq mənasına gəlir. Elə Özbəkistanın energetika naziri də məhz bunu bəyan edib.

Siyasi baxımdan bu sovet respublikalarının Rusiya ilə münasibətlərində nələrin baş verdiyini yaddan çıxarmayaq. Məsələn, Rusiyanın Qazaxıstandakı səfiri Borodovkinin qazaxları “faşıst və nasist” adlandırmasını nəzərdən qaçırmaq olmaz. Yəni, o, Ukraynaya qarşı yönəltdikləri sayıqlamalrı Qazaxıstanın da ünvanına söyləyib.

Rusların Qazaxıstana qarşı tətbiq etdikləri təbliğat tezislərinə qazaxlar necə reaksiya verməlidirlər? Sözsüz ki, adekvat reaksiya olmalıdır.



Əlbəttə, Rusiya ilə strateji əməkdaşlıq barəsində mənasız sənədlərə imza atmaq kimi müəyyən siyasi nəzakət qaydaları ilə yanaşı, real həyat da var. Siyasi nəzakət qaydalarına görə, Qazaxıstan Prezidenti Rusiya Federasiyasına səfəri zamanı dostluq və tərəfdaşlıqdan danışıb. Ancaq artıq bundan sonra Qazaxıstan Rusiya ilə hansısa ciddi münasibət qurmamışdan öncə yaxşıca düşünəcək.

İstisna deyil ki, qazaxlar və postsovet ölkələrinin digər nümyəndələri bu cür dostluq barəsində danışsalar da, təcavüzkar ölkə olan Rusiya ilə münasibətlərdə balanslaşdırılmış siyasət aparmağa məcburdular. Bundan sonra hamı tədricən Putindən daha çox uzaqlaşmaq yolunu tutacaqlar.

Biz artıq bu postsovet respublikalarının haraya meylləndiklərini yaxşı görürük. Məsələn, elə həmin Qazaxıstan daha çox Çinə tərəf boylanır. Azərbaycan Türkiyəyə tərəf baxır. Orta Asiya ölkələri də Rusiya ilə ticarətə alternativ axtarışındadırlar.

Bəli, Rusiya Şimali Koreya, İran və müəyyən mənada Çin kimi müttəfqilər axtarıb tapır. Amma onlar Moskva ilə yalnız müvəqqəti bir yerdə olacaqlar. Ukrayna Silahlı Qüvvələri Rusiyanı tam öz yerində oturdan kimi Moskvanın müttəfiqləri ortadan çıxıb onu tək qoyacaqlar. Əslində, bu proses demək olar ki, artıq başlayıb. Çinin Səudiyyə Ərəbistanından idxal etdiyi neftin həcmini artırmaq niyyətində olması barəsində məlumatlar gəlir.



Əgər “Bloomberg” nəşrinin istinad etdiyi mənbəyə inansaq, Hindistanın baş naziri Narendra Modi Putinin “nüvə müharibəsi ehtimalı” təhdidindən sonra onunla görüşməkdən imtina edib.

Bunların heç biri təsdaüf deyil. Dünyanın istənilən ölkəsi çox yaxşı bilir ki, Rusiya Federasiyası ilə əməkdaşlıq onların iqtisadiyyatına baha başa gələcək.

Hindistan Rusiya ucbatından kollektiv Qərblə münasibətləri korlamaq istəməz. Çinin isə xarici ticarətinin 70 faizi Avropa Birliyi və ABŞ-ın payına düşür. Rusiyaya kömək etmək və Qərb sanksiyalarının pozulması Çin iqtisadiyyatı üçün məhv deməkdir.

İranın indiki hərəkətlərinə görə ABŞ ona qarşı elə sərt addımlar atacaq ki, bu, Tehranın nüvə ambisiyasına birdəfəlik nöqtə qoyacaq.

Rusiyanın Türkiyə ilə münasibətləri isə qarşılıqlı mənfəət üzərində qurulub. Digər tərəfdən, Türkiyə Rusiyadan yüz minlərlə turist gözləyir. Türkiyə üçün beynəlxalq hüquq normalarına riayət etməklə Ukraynaya kömək göstərmək sərfəlidir.

Ona görə də hal-hazırda Rusiya faktiki tam özünü beynəlxalq aləmdən təcrid etmə yolunu tutub, Putin artıq müttəfiqlərsiz qalıb. Yalnız ortalıqda Minsk-Moskva oxu var. Amma Lukaşenko artıq ayrıca subyekt hesab edilmir, o, Putinin nəzarətində olan Minsk qubernatorudur. Lukaşenkodan başqa Rusiyanın bu cür xarakterli müttəfiqi yoxdur. Dünya liderlərindən heç kim öz adının Putin, Lukaşenko, Gerasimov və Şoyqu ilə bir cərgədə çəkilməsini istəmir”.

V. Nəsibov

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.