İran və Ermənistan arasında növbəti işbirliyi üzə çıxıb.
Cebhe.info xəbər verir ki, İranın Avrasiyaya mal ixrac etmək üçün Ermənistandan baza kimi istifadə edəcəyi məlum olub.
Bu barədə açıqlama verən İranın Kerman əyalətinin Ticarət Palatasının sədri Seyid Mehdi Təbibzadə "Ermənistan İranın digər ölkələrə giriş qapısıdır" deyib.
O, Kerman əyalətinin müxtəlif məhsullarının Ermənistanda satıla biləcəyini bildirib:
"Ermənistan İran mallarının ikinci ixrac istiqamətinə daxil olması üçün qapı ola bilər və biz bu planı həyata keçirməliyik".
Kerman Ticarət Palatasının kommersiya müdiri Məhəmməd Əli Məhəmməd Mirzəyan isə iclasda bunları söyləyib:
“Ermənistan əhali sayına görə ixracatçılar üçün o qədər də maraqlı bazar olmaya bilər. Lakin bu, Rusiyaya məhsul ixracı üçün yaxşı başlanğıc platformasıdır. İrandan Rusiyaya birbaşa ixrac edilən məhsulların dəyərinin təxminən 28 %-i vergi kimi ödənilir. Halbuki bu malların böyük hissəsi dolayı yolla İrandan Ermənistana və Qırğızıstana, oradan da Rusiyaya təkrar ixrac edilir".
Cebhe.info