Lavrovdan sülh müqaviləsi ilə bağlı MÜHÜM AÇIQLAMA: “Azərbaycanın təklifləri..."

23-12-2022, 16:57   


"Danışıqlar zamanı biz sülh müqaviləsi mövzusuna, tərəflərin mövqelərinin yaxınlaşması üçün görülməli işlərə toxunduq. Azərbaycanın təklifləri hüquqi sənəd üçün əsas yaratmağa kömək edəcək".

Anaxeber.info "Report"a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlıları Qarabağda vəziyyətin nizamlanması və faydalı qazıntı yataqları ilə bağlı yaranmış fikir ayrılıqlarının aradan qaldırılması üçün mütəmadi işlər görür.

O bildirib ki, bu, mövzu köhnədir və onun kəskinliyini aradan qaldırmaq lazımdır: "Davamlı və ədalətli sülhün bərqərar olmasında hamıdan çox Rusiya maraqlıdır. Biz həmçinin imzalanmış bütün üçtərəfli bəyanatların icrasını təhlil etdik, həmçinin nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunması məsələsini müzakirə etdik".

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.