SON DƏQİQƏ! İran hərbi təlimlərə başladı - Molla rejiminin ordusu "düşmən"i NECƏ MƏHV EDİR?

30-12-2022, 16:18   


İran Silahlı Qüvvələri və İnqilab Keşikçiləri Ordusu quru, hava və dəniz qüvvələrinin iştirakı ilə Fars körfəzində “Zülfikar 1401” adlı hərbi təlimə başlayıb. 

Musavat.com xəbər verir ki, təlim barəsində məlumat verən Əli Rza Şeyxin sözlərinə görə, hərbi manevr ölkənin cənub-şərqini, Mekran sahillərini, Hörmüz boğazını, Gevater limanını və Ərəb dənizini əhatə edir.

O qeyd edib ki, İran illik hərbi manevrlə bölgənin təhlükəsizliyi, sürətli məlumat mübadiləsi və təhlükəsizlik bölmələrinin hazırlığını sınaqdan keçirir.

63aebd494e3fe02aa0281414.jpg (39 KB)

Hərbi təlimdə pilotsuz uçuş aparatları, döyüş təyyarələri, helikopterlər, hərbi nəqliyyat təyyarələri, sualtı qayıqlar, komandolar və hava-desant qoşunlarından istifadə ediləcəyini bildirən Əli Rza Şeyx İran Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında düşmən hücumlarına qarşı müdafiə manevri həyata keçirdiyini bildirib.

"Təlim çərçivəsində dəniz qüvvələri Fars körfəzində düşmənin mümkün hücumlarına qarşı yenilənmiş hərbi texnika ilə müdafiə xətti yaradıb. Şərti düşmən hədəfləri döyüş gəmiləri, sualtı qayıqlar və pilotsuz uçuş aparatları ilə məhv edilib. Hörmüz boğazı yaxınlığında başlayan hərbi təlim zamanı qurudan quruya və sahildən dənizə atılan raket və artilleriya ilə düşmənin şərti hədəfləri vurulub" - Əli Rza Şeyx deyib.

Qeyd edək ki, İran müdafiə gücünü artırmaq və silahlarını sınaqdan keçirmək üçün mütəmadi olaraq belə təlimlər keçirir.

Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.